Prayk

Baş Mühasib

Negotiable
Verified1 weeks ago
Category
Finance
Date
Number
№2707716

Description

Vəzifə öhdəlikləri: Müəssisənin mühasibat uçotunu qanunvericiliyə uyğun idarə etmək; Maliyyə, vergi və statistik hesabatların vaxtında və düzgün hazırlanmasını və təqdim edilməsini təmin etmək; Nağd və nağdsız ödənişlərin düzgün uçotuna nəzarət etmək; Bank hesabları üzrə əməliyyatların uçotunu və üzləşdirilməsini həyata keçirmək; Debitor və kreditor borclarına nəzarət etmək; Maya dəyərinin (Food Cost və Beverage Cost) hesablanmasına nəzarət etmək. Məhsul itkiləri, silinmələr və tullantılar üzrə sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək; Əməkhaqqının, məzuniyyət, ezamiyyət və digər ödənişlərin düzgün hesablanmasını təmin etmək; Vergi öhdəliklərinin düzgün hesablanmasını və ödənilməsini təmin etmək; Elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturalarının və digər elektron sənədlərin düzgün tərtibini təmin etmək; Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək; Büdcənin hazırlanmasında iştirak etmək və büdcə icrasına nəzarət etmək; Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq; Daxili nəzarət mexanizmlərini tətbiq etmək və maliyyə risklərini qiymətləndirmək; Vergi və digər dövlət qurumlarının yoxlamaları zamanı müəssisəni təmsil etmək; Tələblər: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı; Peşəkar mühasib sertifikatının (PMS) olması mütləqdir; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (Satış və Restoran sektorunda); MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilmək; Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklər; Elektron dövlət portalları ilə işləmək bacarığı; Güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları; Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər; İş barədə məlumat: İş yeri: Bakı, Həsən Seyidbəyli küç; 5 günlük iş qrafiki: 09:00-18:00. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 21.10.2026

© MER Group jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings