
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
Negotiable
Verified1 weeks ago
Date
Number№2512097
Description
BOKT “Caspian İnvest” MMC “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Şirkətdə informasiya təhlükəsizliyi proseslərinin qurulmasında və inkişaf etdirilməsində iştirak etmək;
İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının hazırlanmasına və yenilənməsinə dəstək olmaq;
İT sistemləri və informasiya aktivləri üzrə təhlükəsizlik tələblərinin müəyyənləşdirilməsində iştirak etmək;
Sistem və istifadəçi girişlərinə nəzarət prosesində iştirak etmək;
İnformasiya təhlükəsizliyi risklərinin və potensial zəifliklərin müəyyən edilməsinə dəstək olmaq;
Aşkar edilmiş təhlükəsizlik problemlərinin izlənilməsi və aradan qaldırılması prosesində iştirak etmək;
İnformasiya təhlükəsizliyi insidentlərinin araşdırılmasına və sənədləşdirilməsinə dəstək olmaq;
İT sistemlərində təhlükəsizlik konfiqurasiyalarının yoxlanılmasında iştirak etmək;
İnformasiya təhlükəsizliyi üzrə daxili yoxlamalar və auditlər üçün məlumatların hazırlanmasına dəstək olmaq;
Əməkdaşların informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi tədbirlərində iştirak etmək;
İnformasiya təhlükəsizliyi üzrə standart və tələblərin (ISO 27001 və s.) tətbiqinə dəstək olmaq.
İş şərtlərimiz:
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
İş vaxtı: 9.00 – 18.00
İstirahət günləri: Şənbə və Bazar günü.
Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küç 2-ci paralel /15
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Tələblər:
İnformasiya təhlükəsizliyi, İT, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil;
İnformasiya təhlükəsizliyinin əsas prinsipləri haqqında bilik;
Şəbəkə və əməliyyat sistemləri üzrə baza bilikləri;
Windows və Linux sistemləri haqqında ümumi anlayış;
İnformasiya təhlükəsizliyi riskləri və zəifliklər haqqında əsas anlayış;
İnformasiya təhlükəsizliyi siyasət və prosedurları ilə işləməyə maraq;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Sənədləşdirmə və hesabat hazırlama bacarığı;
Azərbaycan dili yaxşı, İngilis dili texniki sənədləri oxuya biləcək səviyyədə..
Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni "İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis" mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Son müraciət tarixi: 18.10.2026
Listing source
Open the original listing© Caspian Invest BOKT jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
Similar listings


Negotiable
Rabitəbank” ASC Rəqəmsal məhsulların inkişafı şöbəsində Aparıcı Ui/ux dizayner
BakıToday 15:17












