“Az Protein Foods Group” MMC “İstehsalat üzrə maliyyə nəzarətçisi” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə Tələblər:
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil.
Mühasibat uçotu sahəsində ən azı 3 il, o cümlədən istehsalat müəssisəsində praktiki iş təcrübəsi.
İstehsalat üzrə minimum 5 il iş təcrübəsi.
Mühasibat uçotunun tam dövrünü bilmək: ilkin sənədlər, mühasibat yazılışları, dövriyyə-saldo cədvəli, qarşılıqlı hesablaşmalar, ehtiyatlar, xərclər, maya dəyəri və dövrün bağlanması.
İstehsalat uçotu və məhsulun maya dəyərinin hesablanması üzrə praktiki biliklər.
1C proqramında sərbəst işləmək, səhvləri sənəd, hesab və analitik uçot səviyyəsində araşdırmaq bacarığı.
Meatsys üzrə təcrübə üstünlükdür.
Excel-də düsturlar, məlumatların uyğunlaşdırılması və icmal cədvəllərlə işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri
Uçot məlumatlarının gündəlik üzləşdirilməsi, əməliyyatların düzgünlüyünün yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi;
Xammalın qəbulu, istehsalata verilməsi və sərfinə, yarımfabrikat, hazır məhsul və bitməmiş istehsal uçotuna nəzarət;
Anbarlararası hərəkətlərin, qaytarmaların, zay məhsul, tullantı və silinmələrin düzgün uçota alınmasının yoxlanılması;
İlkin sənədlərin düzgün rəsmiləşdirilməsinə və əməliyyatların 1C sistemində düzgün əks etdirilməsinə nəzarət;
Mühasibat hesabları üzrə dövriyyə, qalıq və hesab məlumatlarının təhlili;
İstehsalat xərclərinin, maya dəyərinin, xammal sərfi və məhsul çıxımının düzgünlüyünün yoxlanılması;
Xammal sərfi, məhsul çıxımı, texnoloji itkilər və zay məhsul üzrə kənarlaşmaların araşdırılması;
Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin müəyyən edilməsi, məsul şəxslərlə düzəlişlərin koordinasiyası və icrasına nəzarət;
Gündəlik uçotun bağlanmasının yoxlanılması və nəticələr üzrə gündəlik hesabatların hazırlanması;
Ciddi uyğunsuzluqlar və mümkün maliyyə itkiləri barədə rəhbərliyə operativ məlumat verilməsi;
Təkrarlanan səhvlərin təhlili və uçot, sənəd dövriyyəsi və nəzarət proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
İş şəraiti
Əmək haqqı: 2000-2500 manat
İş qrafiki: 6 günlük.
Müəssə Buzovnada yerləşir. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 25.10.2026
© Azprotein Foods Group · jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.