Prayk

Kiçik Maliyyə Nəzarətçisi

Negotiable
Verified1 weeks ago
Category
Finance
Date
Number
№2738064

Description

İş Yeri: Sinteks LLC Lokasiya: Bakı, Azərbaycan Vəzifənin təsviri Bu vəzifənin rolu Maliyyə nəzarətçisinə satış və xərclərlə əlaqədar uçotun aparılmasında dəstək olmaqdır. Öhdəlikləri: Gündəlik əməliyyat və kassaya nəzarət: Gündəlik satışdan daxil olan nəğd və qeyri-nəğd məbləğlərin Excel-də qeydiyyatını aparmaq və bank çıxarışları ilə mədaxilləri üzləşdirmək. Kassa və POS əməliyyatlarının düzgünlüyünü yoxlamaq, nəğd və bank hesabı hərəkətlərini izləmək. İnvoys və ödəniş qeydiyyatı: Ödənişlərin planlaşdırılması üçün daxil olan bütün invoysların Excel-də qeydiyyatını aparmaq və ödəndikcə yeniləmək. Hər bir mal invoysuna uyğun gömrük və nəqliyyat xərclərinin düzgün şəkildə uçotunu aparmaq. Bank əməliyyatlarının uçotu və PL qeydiyyatı: Bank vasitəsilə həyata keçirilən bütün ödənişlərin PL (Profit & Loss) excel faylında qeydiyyatını aparmaq. Maliyyə sənədlərinin ilkin yoxlanması və sistemə düzgün daxil edilməsinə nəzarət. Hesabatların hazırlanmasına dəstək və əmək haqqı qeydiyyatı: Günlük və aylıq hesabatların hazırlanmasında iştirak etmək. Ödənilmiş əmək haqlarına dair məlumatların Excel-də düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək. İnventar və ezamiyyə nəzarəti: Anbar və mağaza qalıqlarını sistemdəki məlumatlarla uyğunluq baxımından izləmək. Ezamiyyə xərclərinin daxili qaydalara uyğun xərclənməsinə nəzarət və sənədləşmənin yoxlanmasında iştirak. Maliyyə nəzarətçisinə dəstək və sistemlə iş: Maliyyə nəzarətçisinin tapşırıqlarının icrasında və digər gündəlik işlərdə köməklik göstərmək. ERP və satış sistemlərində məlumatların dəqiqliyinin təmin olunmasında iştirak etmək. Tələblər Professional biliklər: Maliyyə uçotu və mühasibatlıq üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də maliyyə/mühasibatlıq uçotu, invoys və ödəniş qeydiyyatı, kassa/bank əməliyyatları, P&L faylı, maliyyə sənədləri və/və ya hesabatların hazırlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir). 1C, ERP və ya digər uçot/maliyyə sistemləri ilə işləmək üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də 1C, ERP, accounting/bookkeeping system, POS/satış sistemi, invoice/payment tracker, maliyyə məlumat bazası və/və ya Excel-based uçot registerləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir). MS Office Rus dili – orta və ya daha yüksək səviyyə, İngilis dili arzuolunandır Təhsil: Ali təhsil (İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, mühasibatlıq, və ya əlaqəli sahə üzrə təhsil) İş təcrübəsi: Maliyyə, mühasibatlıq, kassa/bank əməliyyatları, e-qaimə/ödəniş qeydiyyatı, bank/POS üzləşdirmələri, və/və ya maliyyə hesabatları üzrə iş təcrübəsi üstünlükdür. Professional bacarıq və kompetensiyalar: Analitik düşüncə Riyazi düşüncə Detallara diqqət Punktuallıq Məsuliyyət Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 21.10.2026

© Sinteks Group of Companies jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings