Ətir lavanda və ətirşahın əsrarəngsiz iyləri ilə zənginləşmiş limon və narıngi (mandarin) kimi sitrusların təravətli burulğanı ilə açılır. Onun bu yuxarı notları elə girişdəcə səyahət öncəsi gözləntinin əsrarəngsiz mənzərəsi kimi parlaq və qəlbi riqqətə gətirən təəssürat yaradır. Ətirin cövhərində möhtəşəm gül çələngi açılmışdır: itburnu, bənövşə və ətirşah birlikdə hissiyatlılığı artırırlar. Eyni zamanda ətir də daha dərin, daha cəzbedici olaraq sanki insanı sirli bir meşə ilə əhatə edir. Baza ətiri səndəl ağacının, vetiverin və sidr ağacının ağac notlarını bir-birinə qarışdıraraq, dayanıqlıq və ilıqlıq effekti yaradır. Bu baza notları ətirə dolğunluq və uzunömürlülük verərək, onun məxsusi xarakterini gücləndirirlər. Ətirin təsviri: Azadlıq və macəralara çağırış. Ətir qarşısıalınmaz enerjinin və cəsarətin mücəssəməsi kimi çıxış edir. Sitrus, gül və ağac akkordlarının mürəkkəb qarşılıqlı əlaqəsi unikal kompozisiya yaradaraq, sanki azadlıq axtarışı hissinin tarixçəsindən söhbət açır. Tövsiyələr: Gündəlik istifadə üçün nəzərdə tutulmuşdur. Ətirdə sitrus çalarlarının parlaq mövcudluğu ondan günün işıqlı vaxtlarında və ümumiyyətlə həyatın aktiv anlarında istifadəni daha münasib edir.İlıq və cəsarətli baza notları ətirdən xüsusi hallarda istifadə etmək üçün ona sanki bir zəriflik qatır və axşam mərasimlərində istifadəni rahatlaşdırır.
© birmarket.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.