İş şəraiti
İş qrafiki: 5 günlük
İş saatı: 09:00-18:00
Əsas vəzifə öhdəlikləri:
Tikinti və təmir layihələri üzrə MEP işçi çertyojlarının (shop drawing) hazırlanması;
Layihə və texniki sənədlərin oxunması, təhlili və sahəyə uyğunlaşdırılması;
Elektrik, mexaniki və santexnika sistemləri üzrə çertyojların hazırlanması və koordinasiyası;
Sahədə ölçülərin götürülməsi və as-built çertyojların hazırlanması;
MEP işlərinin layihə, spesifikasiya və texniki tələblərə uyğunluğunun yoxlanılması;
Material və avadanlıq spesifikasiyalarının hazırlanması və texniki sənədlərin yoxlanılması;
Sahə komandası, digər mühəndislər və podratçılarla MEP işlərinin koordinasiyası;
Vəzifə üzrə tələblər:
MEP, mexanika, elektrik mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
HVAC, elektrik, su təchizatı və kanalizasiya sistemləri üzrə bilik;
MEP layihələrinin hazırlanması və texniki çertyojların oxunması bacarığı;
AutoCAD proqramında işləmə bacarığı;
Revit MEP proqramını bilmək üstünlükdür;
Texniki sənədləşmə və spesifikasiyaların hazırlanması üzrə bacarıq;
MEP sistemlərinin quraşdırılması və texniki nəzarəti üzrə anlayış;
Yüksək məsuliyyətlilik və dəqiqlik;
Komandada işləmək və müxtəlif şöbələrlə effektiv ünsiyyət qurmaq bacarığı;
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsinə “MEP mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 25.10.2026
© Turkesh Dekor 2010 · jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.