“Obrazınıza təzəlik və eleqantlılıq gətirərək, müxtəlif vəziyyətlərə uyğunlaşdırılması mümkün olan universal bir ətir. Siciliya limonunun və qırmızı portağalın təzə-tər təravətli akkordları ilə açılır. Limon kompozisiyaya işıq saçan bir gümrahlıq gətirir. Qırmızı portağal ona parlaq şirinlik və bir günəş istisi əlavə edir. Yasəmən isə harmonik və təravətli başlanğıcın bütün bu yuxarı notlarına, eleqantlı gül zərifliyi verir. Bundan sonra kompozisiyaya meyvə şirinliyi və qatılığı gətirən ətirin canı olan albalının şirin notları açılmağa başlayır. Günəşin ardınca dönən heliotrop çiçəkləri isə yumşaq və pudra çalarları əlavə edərək, ətiri sanki günəşin isti və rahat notları ilə zənginləşdirirlər. Parfümün baza notları onun qalıcı və zəngin əsasını təşkil edir. Bu zaman müşk kompozisiyaya yumşaqlıq verərək, onu öz istiliyi ilə bürüyür. Sidr isə qalıcılığı təmin edərək, ətiri ağac və eleqantlılıq notları ilə tamamlayır. Öz-özlüyündə bu ətir parlaq olaraq, təravətli notları hesabına yaz-yay mövsümü üçün ideal şəkildə uyğundur. O, həm gündəlik istifadədə, həm də xüsusi hallar zamanı çox münasibdir. Aktiv istirahət və açıq havada gəzintilər zamanı istifadəsi məsləhətdir. Sitrus və gül akkordları qabarıq şəkildə təzahür olunan bu ətir, Sizə enerji və yüngüllük bəxş edəcəkdir.” “Bu ətir, ənənəvi parfümeriya bazarında ən qocaman fransız şirkətlərindən biri olan “”Grasse French Perfume”” fransız parfüm evi tərəfindən yaradılmışdır. “”Grasse French Perfume”” şirkəti özünün parfümeriya laboratoriyalarına malikdir. Şirkətin, həm fransız parfümeriyasının mərkəzi sayılan Qrasse şəhərində, həm də bütün dünya üzrə istehsal sahələri mövcuddur. “”Dolce&Gabbana”” brendindən qaynaqlanan bu parfüm “”Q by Dolce & Gabbana”” ətirinin mövzuları əsasında yaradılmışdır. “Parfumer” şirkətinin təqdim etdiyi ətirlər uzunmüddətli qalıcılığı və öz orijinallarına bənzərliyi ilə fərqlənirlər.
© birmarket.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.