İş şəraiti
Məşğulluq növü: Tam iş günü (Tam ştat)
Əməkhaqqı: 800 – 1000 AZN (Performans və şəxsi inkişafa uyğun olaraq artandır)
Təminat: Nahar şirkət tərəfindən təmin olunur
İş barədə məlumat:
Komandamıza CorelDRAW bilikləri olan, eyni zamanda İT və texnologiya sahəsinə həvəs göstərən, özünü inkişaf etdirmək istəyən dinamik əməkdaş axtarırıq! İş prosesində texniki məsələlər təcrübəli mütəxəssis tərəfindən öyrədildiyi üçün bu sahədə inkişaf etmək istəyənlər üçün əla fürsətdir.
Əsas Tələblər:
Dizayn proqram bilikləri: CorelDRAW proqramı ilə sərbəst işləmək bacarığı (əsas şərt);
İT marağı və baza bilikləri: İT, kompyuterlər və texnika sahəsinə marağın və ilkin təməl biliklərin olması;
Şəxsi keyfiyyətlər: Yeni bilikləri öyrənməyə həvəs, operativlik və tapşırıqlara diqqətlə yanaşma bacarığı;
Ofis proqramları: MS Office (xüsusən MS Excel) proqramları ilə təməl səviyyədə işləmək bacarığı.
Vəzifə Öhdəlikləri:
Dizayn və Çap işləri: CorelDRAW proqramında müxtəlif hazır materialların çapa hazırlanması, göndərilməsi və təhvil alınması (və ya materialların hazırlanması);
İT Dəstək: Şirkətdaxili kompyuter, printer və telefonlarda yaranan kiçik texniki məsələlərin həllində, avadanlıqların təhvil-təslimində, yeni əməkdaşın texniki cəhətdən təmini prosesində və s. sadə IT işlərində köməklik göstərilməsi (öyrədilir);
Biz Nə Təklif Edirik?
Rahat, komfortlu və peşəkar iş mühiti;
Təcrübəli İT mütəxəssis tərəfindən texniki sahədə öyrədilmə və praktiki inkişaf imkanı;
Şəxsi inkişaf və göstərilən performansa uyğun olaraq artan əməkhaqqı sistemi;
Nahar xərclərinin şirkət tərəfindən tam təmin olunması.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Qrafik Dizayner / İT Assistenti" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 800 AZN
Son müraciət tarixi: 24.10.2026
© Novator HRC · jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.