Yetgin itlərin bütün cinsləri üçün tam balanslaşdırılmış qida. Allergik iltihab reaksiyalarına meyilli olan itlər üçün optimaldır. Quzu və düyü asan həzm olunan zülal və karbohidrat mənbəyidir, buna görə də bu qida həzm problemləri olan itlər üçün mükəmməldir. X.O.S. maddəsinin tərkibi bağırsaq mikroflorasının təbii balansının qorunmasına, qida maddələrinin optimal həzminə və immunitetin artırılmasına kömək edir. Omega-3 və omega-6 yağ turşuları dərinin və kürkün mükəmməl vəziyyətdə saxlanması üçün balanslaşdırılmış şəkildə qidada mövcuddur. Qlükozamin, xondroitin, kalsium və fosfor oynaqların sağlamlığı üçün. Bu maddələr qida tərkibində dayaq-hərəkət sistemi oynaqlarının normal işləməsinə kömək edir. Qidalandırma tövsiyələri: yem quru və ya isti su ilə isladılmış halda verə bilər. Gündəlik norma itin fərdi ehtiyaclarından asılı olaraq dəyişə bilər. İtin hər zaman təmiz içməli suya sahib olması vacibdir. QİDALANMA DƏYƏRİ: xam zülal: 25%, xam sellüloz: 2,2%, xam yağ: 16%, xam kül: 7,5%, kalsium: 1,6%, fosfor: 1,2%, omega-3 yağ turşuları: 0,6%, omega-6 yağ turşuları: 4%. Enerji dəyəri: 4100 kkal/kq.
© birmarket.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.