Prayk

Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin təhlili şöbəsi, mütəxəssis/aparıcı mütəxəssis

Negotiable
Verified1 weeks ago
Category
Finance
Date
Number
№2510300

Description

Təsvir Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək verilməsi; İnsidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılması; Risklərin müəyyənləşdirilməsi, qeydiyyatının aparılması, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsi; Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak; Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak; Riskə nəzarət və özünü qiymətləndirmə (RCSA) alətindən istifadə; Bankın struktur bölmələrinin işçilərinin risk mədəniyyətinin formalaşdırılması məqsədi ilə əməliyyat risklərinin idarə edilməsi üzrə bankdaxili təlimlərin və təqdimatların keçirilməsində iştirak; Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabatlığın aparılması. Tələblər Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas); Analoji sahə üzrə 1 il iş təcrübəsi; Azərbaycan dili səlis, rus və ingilis dili arzuolunandır; MS Ofis proqramları ilə işləmə bacarığı (SQL bilikləri arzuolunandır); Bank qanunvericiliyi, banklarda risklərin idarə olunması haqqında qaydalar, AR MB-nin digər normativ aktları üzrə biliklər; Risklərin idarə edilməsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır; Analitik düşünmə və çevik qərarvermə qabiliyyəti; Məsuliyyətlilik və dəqiqlik; Kommunikasiya bacarıqları. Vakansiya növü - Tam ştat İmtiyazlar Tibbi sığorta paketi; Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar komanda ilə işləmək fürsəti; Həyat Yığım sığortasından istifadə etmək imkanı; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 18.10.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/express-bank-risklerin-idare-edilmesi-departamenti-emeliyyat-risklerinin-tehlili-sobesi-mutexessisaparici-mutexessis-151636

Similar listings