Vəzifə Öhdəlikləri
Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
Yaradılmış sifariş formalarının analiz edilməsi;
Yerli və xarici təchizatçıların araşdırılması, qiymət təkliflərinin alınması və müqayisəsi
Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;
Layihələri üzrə material və xidmət tələblərini toplamaq və analiz etmək;
Təchizatçılarla danışıqlar aparmaq, ən uyğun şərtlərlə müqavilələrin bağlanmasında iştirak etmək;
Sifarişlərin hazırlanması, izlənməsi və vaxtında çatdırılmaya nəzarət etmək;
Materialların texniki spesifikasiyalara və keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq
Anbar qalığına nəzarət etmək və ehtiyaclara uyğun planlama aparmaq;
Satınalma sənədlərinin (təkliflər, müqavilələr, qaimələr və s.) düzgün və tam şəkildə arxivləşdirilməsi;
Büdcə çərçivəsində satınalmaların həyata keçirilməsinə nəzarət etmək;
Təchizatçılarla uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması və saxlanılması;
Layihə rəhbərləri, mühəndislər və dizaynerlərlə sıx əməkdaşlıq etmək;
Satınalma prosesində şirkətin daxili prosedur və etik qaydalarına riayət etmək;
Tender sənədlərini təhlil etmək, iştirak şərtlərini qiymətləndirmək;
Tender təkliflərinin hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək;
Şirkətin digər şöbələri ilə koordinasiyalı işləyərək qiymət təkliflərini və texniki məlumatları toplamaq;
Şifarişçi tərəfindən BOQ-də müəyyən edilmiş marka, texniki spesifikasiya və digər tələblərə uyğun olaraq büdcənin hazırlanması, tender paketinin formalaşdırılması, tələb olunan sənədlərin tərtib edilməsi və tender təklifinin müəyyən edilmiş qaydada təqdim olunmasının təmin edilməsi;
Tender nəticələrini izləmək, qalib və ya uduzulmuş tenderlər üzrə hesabat hazırlamaq;
Bağlanmış müqavilələrin icrasını izləmək və sənədləşməni təmin etmək;
Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
Satınalma və tender qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və tətbiq etmək.
Rəhbərin verdiyi satınalma ilə bağlı digər tapşırıqları yerinə yetirmək.
Vəzifə üzrə tələblər:
Ali təhsil
Bu sahədə təcrübə: 8 il +, tikinti sahəsində son 3 il + təcrübə mütləqdir
İnşaat materialları və xidmətləri üzrə geniş tədarükçü bazasına malik olmaq
Tender təkliflərinin hazırlanmsı üzrə təcrübəyə malik olmaq
İngilis dili və Rus dili biliyi (yaxşı), Azərbaycan dili (əla) səviyyədə olmalı
Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı
Operativlik, diqqətlilik və məsuliyyətlilik
Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət
Stressə davamlılıq və eyni vaxtda bir neçə tapşırığın icrası bacarığı
Güclü ünsiyyət və koordinasiya qabiliyyəti
Səliqəli görünüş və peşəkar davranış
İş şəraiti:
Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
İş saatı: 09.00-18.00
İş qrafiki: Həftə içi 5 gün
Müraciət etmək istəyən namizədlərdən CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.Vakansiyanın şərtlərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət ediləcəklər.
Son müraciət tarixi: 24.10.2026