İş haqqında məlumat:
Mövcud və potensial təchizatçıların araşdırılması, qiymət və kommersiya təkliflərinin toplanılması və müqayisəli təhlilinin aparılması;Təchizatçı şirkətlərlə gündəlik işgüzar əlaqələrin qurulması və effektiv əməkdaşlığın təmin edilməsi;Məhsulların sifarişə uyğunluğunun, miqdarının, çeşidinin və keyfiyyət göstəricilərinin yoxlanılması prosesinin koordinasiya edilməsi;Sifariş olunmuş malların miqdar, qiymət və keyfiyyət göstəricilərinin elektron qaimə və sənədlərə uyğunluğunun yoxlanılması;Aşkarlanmış uyğunsuzluqlar barədə aidiyyəti şəxslərin məlumatlandırılması və məsələlərin həllinin izlənilməsi;Təchizatçı şirkətlərlə müqavilələrin hazırlanması və müqavilə şərtlərinin razılaşdırılması prosesində iştirak edilməsi;Təchizatçı müqavilələrinin hazırlanması, şərtlərin razılaşdırılması və icrasına nəzarət edilməsi;Maliyyə şöbəsi ilə koordinasiyalı şəkildə ödənişlərin, üzləşmələrin və aylıq hesabatların aparılması;Sifarişlər, alışlar, qiymətlər, çatdırılmalar və təchizatçılar üzrə məlumatların sistemli şəkildə qeydiyyatının və arxivləşdirilməsinin təmin edilməsi;Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların
vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Tələblər:
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;Ali təhsil;Microsoft Office, xüsusilə Excel, Word və Outlook proqramlarında sərbəst işləmək bacarığı;Güclü ünsiyyət və analitik düşünmə bacarığı;Operativ qərarvermə və problem həll etmə bacarığı;Məsuliyyətli, diqqətli, dəqiq və punktual yanaşma;Təchizat proseslərini sistemli şəkildə idarə etmək bacarığı.İş qrafiki və şirkət tərəfindən təminatlarİş qrafiki: 5 iş günü;Şənbə və bazar günləri istirahət;Nahar şirkət tərəfindən təmin edilir;İş üçün mobil nömrə təqdim edilir.Tələblərə uyğun namizədlər CV-lərini mövzu bölməsində “Təchizat üzrə koordinator ” qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:📧 [email protected]
Maaş: Ə/h razılaşma ilə
Son müraciət: 25/10/2026