Bu dəbli qırmızı rəngli uşaq arabası modelimiz 0 aydan 3 yaşa qədər uşaqların istifadəsi üçün tam nəzərdə tutulub. Körpənizin yaşına və ehtiyacına uyğun olaraq beşik rejimindən asanlıqla oturaq vəziyyətə tənzimlənir. İki istiqamətli istifadə imkanı sayəsində beşik hissəsini həm anaya tərəf, həm də gediş istiqamətinə çevirə bilərsiniz. Xüsusi yumşaq amartizator sistemi sayəsində kələ-kötür yollarda sarsılmır və körpənizin rahatlığını tam qoruyur. Keyfiyyətli rezin təkərləri və etibarlı tormoz mexanizmi hər cür səthdə təhlükəsiz və rahat sürüş təmin edir. Göstərişli qızılı (rose gold) detalları, tutumlu alt səbəti və dəstə daxil olan eyni rəngdə ana çantası ilə həm praktiki, həm də çox zövqlü bir seçimdir.