Kidilo K02 uşaq arabası, yenidoğulmuşlardan başlayaraq təxminən 3 yaşa (0–36 ay) qədər istifadə üçün nəzərdə tutulmuş həm beşik, həm də gəzinti funksiyalı (2in1) universal və müasir modeldir. Valideynlərin gündəlik ehtiyaclarını qarşılamaq üçün yüngül korpus, rahat idarəetmə və yüksək təhlükəsizlik xüsusiyyətlərini özündə birləşdirir. Araba beşik və ya tutacaq mexanizmi sayəsində hər iki tərəfə tənzimlənir. Körpəni həm valideynə tərəf, həm də yol istiqamətinə doğru çevirmək mümkündür. Körpənin təhlükəsizliyini tam təmin etmək üçün yumşaq yastıqcıqları olan 5 nöqtəli təhlükəsizlik kəməri ilə təchiz olunmuşdur. Ön təkərlər 360° dönə bilir və asan manevr imkanı yaradır. Arxa təkərlərdə isə tək toxunuşla işə düşən mərkəzi əyləc sistemi mövcuddur. Konstruksiyasında zərbəni udan amortizasiya sistemi nahamar yollarda belə gəzintini yumşaq edir. Alış-veriş və ya körpənin böyük oyuncaqlarını daşımaq üçün alt hissədə geniş əşya səbəti var. Yayda günəşdən və həşəratlardan qoruyan xüsusi tənzimlənən toru soyuq qış ayları üçün isə körpəni isti saxlayan qış çexolu mövcuddur.
© birmarket.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.