İş

Peşəkar CV hazırla

Bir dəfə doldurun — istənilən şablonda çap edin, PDF saxlayın, işəgötürənə göndərin. Pulsuz.

CV 3 addımda

  1. 1

    Məlumatı bir dəfə doldurun

    Təcrübə, təhsil, dillər, bacarıqlar. Hesabınızda saxlanır — növbəti dəfə yenidən yazmırsınız.

  2. 2

    Şablon seçin

    Sahənizə uyğun peşəkar şablonlar: bank və İT üçün ATS, satış və xidmət üçün Modern, sürücü və aşpaz üçün Sadə.

  3. 3

    Çap edin və ya göndərin

    PDF kimi saxlayın, işəgötürənə birbaşa e-poçtla göndərin və ya linklə paylaşın.

Peşəkar CV şablonları

Bütün şablonlar A4 çap üçün hazırdır və pulsuzdur. Eyni məlumat istənilən şablonda bir kliklə dəyişir.

Peşələr üzrə CV nümunələri

Azərbaycanda ən çox tələb olunan peşələr üçün hazır nümunələr — Prayk-dakı real vakansiya sayı və maaşlarla.

Bütün nümunələr →

Tez-tez verilən suallar

CV hazırlamaq pulsuzdur?

Bəli. Bütün şablonlar, PDF çapı, e-poçtla göndərmə və paylaşma linki tamamilə pulsuzdur.

CV-ni PDF kimi necə yükləyim?

«Çap et / PDF» düyməsini basın və çap pəncərəsində «PDF kimi saxla» seçin. Fayl avtomatik «AdSoyad_CV» adı ilə saxlanır.

CV-yə şəkil qoymaq lazımdır?

Azərbaycanda işəgötürənlərin çoxu rəsmi şəkil gözləyir. Bank, İT və beynəlxalq şirkətlərə isə şəkilsiz ATS Minimal şablonu tövsiyə olunur.

CV hansı dildə olmalıdır?

Özəl şirkətlər əsasən azərbaycanca, beynəlxalq şirkətlər ingiliscə CV istəyir. Burada CV-nin dilini saytın dilindən ayrı seçə bilərsiniz — eyni məlumat 4 dildə çap olunur.

Təcrübəm yoxdur, CV necə yazım?

Təhsil, təcrübə proqramları, kurslar, dillər və bacarıqlarınızı önə çıxarın; «Haqqımda» bölməsində nə öyrənmək istədiyinizi yazın. «İş təcrübəsi» bölməsini boş saxlaya bilərsiniz.

Məlumatlarım təhlükəsizdir?

CV yalnız sizin hesabınızda saxlanır. Paylaşma linki yalnız siz yaradanda işləyir və istənilən vaxt bağlana və ya yenilənə bilər.

Yaxşı CV necə yazılır?

CV (rezüme) işəgötürənin sizinlə ilk tanışlığıdır: HR mütəxəssisi bir CV-yə orta hesabla 30 saniyə vaxt ayırır. Ona görə ən vacib məlumat — ad, istədiyiniz vəzifə, əlaqə və son iş yeri — birinci baxışda görünməlidir.

İş təcrübəsini sondan əvvələ doğru yazın, hər iş yerində 2–4 konkret nailiyyəti rəqəmlə göstərin. Təhsil, dil bilikləri (Azərbaycan, rus, ingilis — CEFR səviyyəsi ilə) və kompüter bilikləri (MS Office, 1C və s.) ayrıca bölmələrdə olsun.

Hər vakansiyaya göndərəndə vəzifə başlığını və «Haqqımda» bölməsini həmin elana uyğunlaşdırın, e-poçtun mövzusunda vakansiyanın adını yazın. CV 1–2 səhifədən uzun olmamalıdır.