
Bakı3
Baş Aşpaz - Türkiyə / Avropa mətbəxi
Baş Aşpaz - Türkiyə / Avropa mətbəxi
3 500 ₼
Yoxlanılıb2 gün əvvəl
Təsvir
Biz kimik
Fountains Square Restaurants — Bakıda Firuzə restoranı, Araz Terrace, Nərgiz restoranı, Bonbon Patisserie və MA Desserts & Crepes məkanlarını idarə edən restoran qrupu. Şəhərin ən canlı nöqtəsində — Fəvvarələr meydanında yeni all-day kafemizi açırıq və mətbəxi öz imzası ilə quracaq peşəkar Chef axtarırıq.
Sizi nə gözləyir
Yüksək qazanc — orta aylıq gəlir 3 500 – 6 000 ₼;
Yeni layihə — mətbəxi və komandanı açılışdan özünüz qurursunuz;
Menyuya real təsir — türk səhər yeməyi (serpme kahvaltı), biznes-lanç və axşam menyusu üzərində yaradıcı iş;
Böyük qonaq axını olan, şəhərin mərkəzində yerləşən məkan;
Tanınmış restoran qrupunun dəstəyi və sabitliyi;
Tam rəsmi işə qəbul — əmək qanunvericiliyinə uyğun.
İş öhdəlikləri
Mətbəxə Baş Aşpaz (Chef) kimi tam rəhbərlik etmək;
Avropa və Türk mətbəxi üzrə yeməklərin hazırlanmasına və təqdimatına rəhbərlik etmək;
Mətbəx komandasını idarə etmək: iş cədvəli, intizam və inzibati məsələlər;
Yeməklərin keyfiyyətinə və bişirmə texnikasına nəzarət etmək;
Yeni işçilərə və kiçik aşpazlara təlim keçmək, komandanı inkişaf etdirmək;
Menyunun yaradılmasında və mütəmadi yenilənməsində iştirak etmək;
Qida gigiyenası və təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasını təmin etmək;
Məhsulların səmərəli istifadəsinə və anbar ehtiyatlarına nəzarət etmək.
Tələblər
Avropa və/və ya Türk mətbəxində aşpaz kimi azı 5 il təcrübə (rəhbər vəzifədə təcrübə üstünlükdür);
Liderlik, ünsiyyət və komandada işləmək bacarığı;
Stresə davamlılıq və çevik iş qrafikinə hazırlıq;
Azərbaycan vətəndaşlığı.
İş şərtləri
Qazanc: orta aylıq 3 500 – 6 000 Azn (sabit maaş + service charge + bonuslar);
6 günlük iş qrafiki;
İş saatları görüşdə müzakirə olunur;
Tam rəsmi əmək müqaviləsi.
Necə müraciət etmək olar
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu: «Chef — Fəvvarələr meydanı».
Yeməklərinizin şəkillərini (portfolio) əlavə etsəniz, müraciətiniz daha tez nəzərdən keçiriləcək. Uyğun namizədlərlə qısa müddətdə əlaqə saxlanılır. Bütün müraciətlər məxfi saxlanılır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/199394/bas-aspaz-turkiye-avropa-metbexi
REKLAM



