
Bakı2
Brand Activation & Partnerships Specialist
Brand Activation & Partnerships Specialist
Razılaşma yolu ilə
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Baxışlar2
Nömrə№5885621
Təsvir
Vəzifə öhdəlikləri:
Yeni tərəfdaşların axtarışı, potensial əməkdaşlıq imkanlarının araşdırılması və işgüzar görüşlərin təşkili;
Brendin tanıdılması və bazarda mövqeyinin gücləndirilməsi üçün kreativ marketinq ideyalarının hazırlanması və həyata keçirilməsi;
Tədbir, festival, promoaksiya və digər marketinq aktivliklərinin planlaşdırılması və təşkilində iştirak;
Şirkətin tədbirlərdə və tərəfdaş görüşlərində peşəkar şəkildə təmsil olunması;
Sponsorluq, barter və digər əməkdaşlıq layihələri üzrə təkliflərin hazırlanması və danışıqların aparılması;
Yeni biznes və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi və inkişaf etdirilməsi;
Sosial media trendlərinin izlənilməsi və uyğun ideyaların real marketinq layihələrinə çevrilməsi;
Bir neçə layihənin paralel idarə edilməsi və icrasına nəzarət.
Namizədə tələblər:
Yaş: 22-30
Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
Kreativ və strateji düşünmə qabiliyyəti;
Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
Problem həll etmə və operativ qərarvermə qabiliyyəti;
Komandada işləmək və müstəqil fəaliyyət göstərmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
İngilis və rus dillərini bilmək üstünlükdür;
Görüşlərdə, tədbirlərdə və sahə fəaliyyətlərində aktiv iştirak etməyə hazır olmaq.
Əlavə üstünlüklər:
Marketinq, PR, satış və ya Event Management sahəsində iş təcrübəsi;
Tərəfdaşlıq, sponsorluq və barter layihələri üzrə təcrübə;
Tədbir, festival və promoaksiyaların təşkilində iştirak;
Sosial media və rəqəmsal marketinq trendləri haqqında məlumatlılıq.
İş şəraiti:
Dinamik və inkişafyönümlü iş mühiti;
Kreativ ideyaların həyata keçirilməsi və yeni layihələrdə iştirak imkanı;
Peşəkar inkişaf və yeni əməkdaşlıqlar qurmaq fürsəti.
Iş rejimi: 5 günlük, 09.00-18.00
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
Qeyd: Müvafiq sahədə təcrübəsi olmayan, lakin yüksək motivasiyaya, təşəbbüskarlığa, güclü kommunikasiya bacarığına və kreativ düşüncəyə malik namizədlərin müraciətləri də nəzərdən keçiriləcəkdir.
CV-nizi mövzu hissəsində “Brand Activation & Partnerships Specialist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/205382/brand-activation-partnerships-specialist
REKLAM








