Prayk
Marketinq üzrə Baş mütəxəssis — Marketing, reklam, PR, Bakı
Razılaşma yolu ilə

Marketinq üzrə Baş mütəxəssis

YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Baxışlar
5
Nömrə
№5632782

Təsvir

Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.Komandamıza marketinq strategiyasının formalaşdırılması, brend mövqeləndirilməsinin gücləndirilməsi və şirkətin bazar mövqeyinin inkişaf etdirilməsi istiqamətində təşəbbüskar və nəticəyönümlü Marketinq üzrə Baş mütəxəssis axtarırıq. Şirkətin biznes məqsədlərinə və strateji prioritetlərinə uyğun marketinq strategiyasının, illik fəaliyyət planının və kommunikasiya yanaşmasının hazırlanmasında və icrasında iştirak etmək;Şirkətin B2B bazarında mövqeləndirilməsinin, brend tanınmasının və korporativ imicinin gücləndirilməsi üzrə marketinq təşəbbüsləri hazırlamaq və həyata keçirmək;Hədəf auditoriyaları, müştəri seqmentlərini və bazar imkanlarını müəyyənləşdirmək, rəqib təhlilləri və bazar araşdırmaları əsasında marketinq fəaliyyətlərini təkmilləşdirmək;Potensial müştərilərin cəlb edilməsi (Lead Generation), müştəri marağının artırılması və satış imkanlarının yaradılması məqsədilə B2B marketinq kampaniyalarını planlaşdırmaq və həyata keçirmək;Rəqəmsal marketinq kanallarını, o cümlədən LinkedIn, Google Ads, SEO və digər platformaları effektiv idarə etmək, kampaniyaların nəticələrini təhlil edərək optimallaşdırmaq;Şirkətin xidmət və həllərinin bazara çıxarılması (Go-to-Market), yeni xidmətlərin tanıdılması və satış komandası ilə birgə müştəri cəlbi təşəbbüslərini həyata keçirmək;Kontent strategiyasını, korporativ kommunikasiya planını və sosial media fəaliyyətlərini hazırlamaq, şirkətin veb-saytının və rəqəmsal platformalarının inkişafına töhfə vermək;Korporativ tədbirlərin, sərgilərin, konfransların, vebinarların və digər brend kommunikasiya fəaliyyətlərinin təşkilini və koordinasiyasını təmin etmək;Marketinq büdcəsinin planlaşdırılması, xərclərin optimallaşdırılması və daxili komandalar, eləcə də xarici tərəfdaşlarla əməkdaşlığın koordinasiyasını həyata keçirmək;Marketinq fəaliyyətinin effektivliyini KPI, lead generation nəticələri, kampaniya performansı və ROI göstəriciləri əsasında ölçmək, analitik hesabatlar və təkmilləşdirmə təklifləri hazırlamaq. Tələblər: Marketinq, Biznesin idarə edilməsi, Kommunikasiya və ya müvafiq sahələr üzrə ali təhsil;Marketinq sahəsində minimum 5 illik iş təcrübəsi, o cümlədən B2B marketinq üzrə praktiki təcrübə;Marketinq strategiyasının, illik marketinq planlarının və kommunikasiya kampaniyalarının hazırlanması və icrası üzrə praktiki təcrübə;B2B marketinq, brend idarəetməsi, rəqəmsal marketinq və Lead Generation üzrə bilik və təcrübə;Google Analytics 4, Google Ads, LinkedIn Campaign Manager, SEO və digər rəqəmsal marketinq alətləri ilə işləmək bacarığı;Marketinq KPI-larının müəyyənləşdirilməsi, kampaniya nəticələrinin təhlili və ROI hesablanması üzrə biliklər;Kontent strategiyası, kopiraytinq və korporativ kommunikasiya prinsiplərini anlamaq;Analitik düşünmə, strateji yanaşma, təşəbbüskarlıq və problem həll etmə bacarıqları;Güclü kommunikasiya, təqdimat və layihələrin idarə edilməsi bacarıqları;Azərbaycan dili üzrə sərbəst, ingilis dili üzrə yaxşı və ya yüksək səviyyədə bilik; rus dili biliyi üstünlükdür. Vakansiya növü: Tam ştat Şirkət: Guven Technology LLC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/gtc/gtc-marketinq-uzre-bas-mutexessis-95047961/apply
REKLAM