
8
SMM & Account Manager

Razılaşma yolu ilə
SMM & Account Manager
YoxlanılıbBu gün
Tarix
Baxışlar8
Nömrə№5663676
Təsvir
Arash Company komandası üçün sosial media layihələrinin idarə olunmasını, müştəri hesabları ilə işin koordinasiyasını və rəqəmsal marketinq fəaliyyətlərinin effektiv icrasını təmin edəcək SMM & Account Manager axtarırıq.
Vəzifə öhdəlikləri:
Sosial media hesablarının idarə olunması və kontent strategiyasının icrası;
Müştərilərlə gündəlik kommunikasiyanın qurulması və sorğuların idarə edilməsi;
Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun marketinq həllərinin təklif olunması;
Foto və video çəkilişlərin, dizayn və kreativ işlərin təşkili;
SMM layihələrinin vaxtında və keyfiyyətlə icrasına nəzarət;
Aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
Komanda üzvləri və digər şöbələrlə iş prosesinin koordinasiyası.
Namizədə tələblər:
Marketinq, biznesin idarə olunması və ya digər müvafiq sahədə ali təhsil;
SMM və ya Account Management sahəsində minimum 1 il iş təcrübəsi;
Sosial media platformaları və rəqəmsal marketinq alətləri üzrə biliklər;
Müştərilərlə kommunikasiya və münasibətlərin idarə olunması bacarığı;
Meta Business Suite və reklam alətləri üzrə biliklər;
Təşkilatçılıq, təqdimat və problem həll etmə bacarığı;
Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərində ünsiyyət bacarığı;
İş şəraiti:
Bakı şəhəri;
Həftənin 5 günü, 09:00–18:00;
Rəsmi əmək müqaviləsi;
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “SMM & Account Manager” qeyd etməklə göndərə bilərsiniz.
Son müraciət tarixi: 06.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Arash Company jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM











