
Hüquqşünas

Razılaşma yolu ilə
Hüquqşünas
YoxlanılıbDünən
Tarix
Nömrə№3441161
Təsvir
Tikinti şirkətimizin hüquqi fəaliyyətini təmin edəcək, rəhbərliyə hüquqi dəstək göstərəcək və şirkətin hüquqi risklərinin effektiv idarə olunmasını həyata keçirəcək Hüquqşünas axtarırıq.
Əmək funksiyaları:
Tikinti, podrat, subpodrat, layihələndirmə, təchizat və xidmət müqavilələrinin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması;
Tikinti layihələri üzrə müqavilə və digər sənədlərin hüquqi baxımdan təhlil edilməsi;
Müqavilələr üzrə hüquqi risklərin müəyyən edilməsi və risklərin minimuma endirilməsi üzrə təkliflərin hazırlanması;
Şirkətin dövlət qurumları, podratçılar, subpodratçılar və digər tərəfdaşlarla hüquqi münasibətlərinin müşayiət edilməsi;
İddia ərizələri, hüquqi rəylər, rəsmi məktublar və digər hüquqi sənədlərin hazırlanması;
Məhkəmə və digər hüquqi proseslərdə şirkətin maraqlarının təmsil olunması;
Şirkətin gündəlik fəaliyyətindən irəli gələn hüquqi məsələlər üzrə rəhbərliyə hüquqi dəstəyin göstərilməsi;
Tikinti və daşınmaz əmlak sahəsində qanunvericilik dəyişikliklərinin izlənilməsi və onların şirkətin fəaliyyətinə təsirinin qiymətləndirilməsi;
Şirkətin nizamnaməsi, əmrləri, qərarları, daxili qaydaları, siyasətləri və digər təşkilati-sərəncamverici sənədlərinin hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;
Şirkətin struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanılması və hüquqi rəylərin təqdim edilməsi;
Şirkətin hüquqi şəxslər, tərəfdaşlar və digər kontragentlərlə hüquqi münasibətlərinin rəsmiləşdirilməsinin təmin edilməsi;
Hüquqi sənədlərin hazırlanması, sistemləşdirilməsi və hüquqi sənəd dövriyyəsinin təşkilinə dəstək göstərilməsi;
Şirkətin fəaliyyət istiqamətləri üzrə hüquqi məsələlərə dair yazılı və şifahi hüquqi rəylərin hazırlanması;
Şirkətin fəaliyyətinə təsir edən qanunvericilik və normativ hüquqi aktların mütəmadi izlənilməsi və rəhbərliyə müvafiq tövsiyələrin verilməsi;
Rəhbərlik tərəfindən verilən digər hüquqi tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.
Vəzifənin tutulması şərtləri:
Ali hüquqi təhsil;
Tikinti şirkətində və ya tikinti layihələri üzrə hüquqşünas kimi iş təcrübəsi mütləqdir;
Podrat və subpodrat müqavilələrinin hazırlanması və hüquqi ekspertizası üzrə praktiki təcrübə;
Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati, əmək qanunvericiliyi, Şəhərsalma və Tikinti Məcəlləsi və digər müvafiq qanunvericilik aktları üzrə bilik;
MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və ingilis dillərini bilmək üstünlükdür;
Analitik düşüncə, hüquqi sənədlərlə işləmək və danışıqlar aparmaq bacarığı;
Müstəqil işləmək, hüquqi riskləri düzgün qiymətləndirmək və operativ qərar qəbul etmək bacarığı.
İş barədə məlumat:
İş yeri: Bakı şəhəri
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 29.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-huquqsunas-152503
Bənzər elanlar















