Prayk

Maliyyə planlaması və hesabatlığı üzrə mütəxəssis

Razılaşma yolu ilə
Yoxlanılıb1 ay əvvəl
ŞəhərBakı
KateqoriyaMaliyyə

№4953369·Baxışlar: 12

Təsvir

İllik büdcə, proqnoz və uzunmüddətli maliyyə planlarının hazırlanması və yenilənməsi;Mənfəət və zərər, Balans və Pul vəsaitlərinin hərəkəti hesabatları üzrə maliyyə modellərinin hazırlanması;Faktiki nəticələrin büdcə, proqnoz və əvvəlki dövrlə müqayisəli təhlili;Ehtiyatlar, debitor və kreditor borclarının təhlili, dövriyyə kapitalı və pul axını proqnozlarının hazırlanması;Aylıq idarəetmə və analitik hesabatların hazırlanması;Maliyyə və mühasibat uçotu strukturunun, hesablar planının və analitik uçotun qurulmasında iştirak;Ehtiyatlar, maya dəyəri, gəlirlər, debitor/kreditor borcları və əsas vəsaitlər üzrə uçot proseslərinin təkmilləşdirilməsində iştirak;Ay sonu bağlanış prosesində əsas hesabların üzləşdirilməsi və analitik təhlili;ERP/1C sistemində maliyyə və idarəetmə hesabatlılığı strukturunun qurulmasında iştirak;Maliyyə proseslərinin avtomatlaşdırılması, daxili nəzarətlərin təkmilləşdirilməsi və digər funksiyalarla əməkdaşlıq. Tələblər: Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;FP&A, maliyyə təhlili, idarəetmə hesabatlılığı və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi;Maliyyə və mühasibat uçotu prinsipləri, ikili yazılış sistemi və maliyyə hesabatları üzrə güclü bilik;Büdcələmə, proqnozlaşdırma və maliyyə modelləşdirilməsi üzrə praktiki təcrübə;MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;ERP/1C və ya digər mühasibat sistemləri ilə iş təcrübəsi;Böyük həcmli maliyyə məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyən etmək və nəticə çıxarmaq bacarığı;Güclü analitik düşüncə, detallara diqqət və problem həll etmə bacarığı;Müxtəlif funksiyalarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;Azərbaycan dilini səlis bilmək, ingilis və rus dillərini bilmək üstünlükdür;ACCA, CIMA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil/təcrübə üstünlükdür. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Orta səviyyəli Şirkət: Avromed Company MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/avromed/avromed-maliyye-planlamasi-ve-hesabatligi-uzre-mutexessis-29431422/apply
REKLAM