
Baş Mühasib (Tikinti sektoru)

2 000 ₼
Baş Mühasib (Tikinti sektoru)
VerifiedToday
Date
Number№3439772
Description
Portfelimizdə olan tikinti sahəsində fəaliyyət göstərən şirkətlərdən biri üçün təcrübəli Baş Mühasib axtarırıq.
Əsas vəzifələr:
Tikinti layihələri üzrə maliyyə və mühasibat uçotunun təşkili və tam nəzarətdə saxlanılması
Gəlir və xərclərin düzgün uçotunun aparılması, smeta və büdcələrin hazırlanması və icrasına nəzarət
Podratçı və subpodratçılarla maliyyə hesablaşmalarının idarə olunması
Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların vaxtında və düzgün təqdim edilməsi
Tikinti materialları və əsas vəsaitlərin uçotunun aparılması və nəzarəti
Bank əməliyyatlarının idarə olunması, ödəniş tapşırıqlarının hazırlanması və pul vəsaitlərinin effektiv idarə edilməsi
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və təhlili
Audit yoxlamalarına hazırlıq və audit prosesində aktiv iştirak
Mühasibat komandasının idarə olunması, iş bölgüsünün təşkili və proseslərin optimallaşdırılması
Mühasibat uçotu və vergi qanunvericiliyinə uyğunluğun təmin edilməsi
Tələblər:
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil
Tikinti sektorunda Baş Mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi
1C, Excel və digər mühasibat proqramlarında yüksək səviyyədə bilik
Vergi Məcəlləsi və mühasibat uçotu qanunvericiliyini dərindən bilmə
Analitik düşünmə, dəqiqlik və yüksək məsuliyyətlilik
Komanda idarəetmə və liderlik bacarıqları
Təklif edirik:
Əmək haqqı - 2 000 NET
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 29.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/ega-bas-muhasib-tikinti-sektoru-152496
Similar listings















