Prayk
Biznesin İnkişafı və Korporativ Satış Mütəxəssisi — Satış, Bakı
700 ₼

Biznesin İnkişafı və Korporativ Satış Mütəxəssisi

VerifiedToday
City
Bakı
Category
Sales
Date
Number
№3424973

Description

İş haqqında məlumat: Modern Solutions MMC olaraq şirkətlər qrupumuzun inkişaf strategiyasının həyata keçirilməsində iştirak edəcək, yeni biznes imkanlarını araşdıracaq, korporativ müştəri bazasını genişləndirəcək və satışların artırılmasına töhfə verəcək təşəbbüskar, analitik düşüncəli və nəticəyönümlü mütəxəssis axtarırıq.Biz yalnız satış həyata keçirən deyil, bazarı analiz edən, yeni inkişaf istiqamətlərini müəyyənləşdirən, biznes tərəfdaşlıqları quran və şirkətlərimizin böyüməsinə real töhfə verə biləcək əməkdaş axtarırıq. İş şəraiti və əmək haqqıİş yeri: Bakı şəhəri;İlkin sabit əmək haqqı: 700–1 000 AZN;Əlavə olaraq satış nəticələrinə əsaslanan bonus sistemi;Əməkdaşın peşəkar fəaliyyəti və əldə etdiyi nəticələrə əsasən gələcəkdə əmək haqqının artırılması imkanı;Şirkətlər qrupunun müxtəlif biznes istiqamətlərində təcrübə qazanmaq və peşəkar inkişaf imkanı;Yeni biznes layihələrinin və inkişaf təşəbbüslərinin həyata keçirilməsində iştirak imkanı.Vəzifə öhdəlikləri1. Biznesin inkişafı və strateji planlaşdırmaŞirkətlərin mövcud fəaliyyət istiqamətlərinin təhlili və inkişaf imkanlarının müəyyənləşdirilməsi;Bazarın, rəqiblərin və müştəri tələbatının mütəmadi araşdırılması;Yeni biznes imkanlarının, məhsul və xidmət istiqamətlərinin müəyyən edilməsi;Satış həcminin və bazar payının artırılması istiqamətində təkliflərin hazırlanması;Yeni bazarlara və müştəri seqmentlərinə çıxış imkanlarının araşdırılması;Mövcud biznes proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi;İnkişaf planlarının hazırlanmasında və icrasında rəhbərliklə birgə iştirak.2. Korporativ satış və müştəri əlaqələriYeni potensial korporativ müştərilərin müəyyənləşdirilməsi və cəlb edilməsi;Potensial müştəri bazasının yaradılması və mütəmadi genişləndirilməsi;Şirkət rəhbərləri, satınalma şöbələri və qərarverici şəxslərlə əlaqələrin qurulması;Korporativ görüşlərin, təqdimatların və danışıqların təşkili;Müştəri ehtiyaclarının öyrənilməsi və uyğun xidmətlərin təklif olunması;Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;Satış prosesinin ilkin əlaqədən müqavilənin bağlanmasına qədər izlənilməsi;Mövcud müştərilərlə əməkdaşlığın genişləndirilməsi və uzunmüddətli münasibətlərin qurulması.3. Biznes tərəfdaşlıqları və yeni satış kanallarıŞirkətlər üçün yeni strateji və kommersiya tərəfdaşlarının müəyyənləşdirilməsi;Avtomobil salonları, avadanlıq təchizatçıları və digər biznes subyektləri ilə əməkdaşlıq imkanlarının araşdırılması;Korporativ satış kanallarının genişləndirilməsi;Birgə layihələrin, tərəfdaşlıq proqramlarının və yeni əməkdaşlıq modellərinin hazırlanması;Yerli və beynəlxalq biznes əlaqələrinin inkişaf etdirilməsi;Yeni tərəfdaşlıq imkanlarının kommersiya nəticəsinə çevrilməsi istiqamətində fəaliyyətin təşkili.4. Marketinq və satış fəaliyyətinin koordinasiyasıDigital Marketing & SMM mütəxəssisi ilə koordinasiyalı fəaliyyət;Reklam və marketinq kampaniyaları üçün hədəf müştəri seqmentlərinin müəyyənləşdirilməsi;Marketinq kanallarından daxil olan potensial müştərilərlə satış prosesinin aparılması;Yeni məhsul və xidmətlərin bazara təqdim olunması üzrə təkliflərin hazırlanması;Satış və marketinq fəaliyyətinin nəticələrinin təhlili;Müştəri cəlbinin artırılması istiqamətində yeni ideyaların hazırlanması.5. Analitika və hesabatlılıqSatış göstəricilərinin, müştəri bazasının və biznes inkişafı nəticələrinin izlənilməsi;CRM və digər vasitələrlə müştəri əlaqələrinin qeydiyyatının aparılması;Rəqib şirkətlərin qiymət və xidmət siyasətinin müqayisəli təhlili;Aylıq fəaliyyət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;Aşkar edilmiş problemlər üzrə konkret həll və inkişaf təkliflərinin hazırlanması. Tələblər: Biznesin inkişafı, korporativ satış və ya oxşar sahədə iş təcrübəsi;B2B satış prinsiplərini və korporativ müştərilərlə iş prosesini bilmək;Bazar araşdırması və rəqib analizi aparmaq bacarığı;Potensial müştəriləri müstəqil müəyyənləşdirmək və işgüzar əlaqələr qurmaq bacarığı;Danışıqlar aparmaq, təqdimat və kommersiya təklifləri hazırlamaq bacarığı;MS Office proqramları, xüsusilə Excel və PowerPoint ilə işləmək bacarığı;CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür;Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;Rus dilində sərbəst ünsiyyət bacarığı (mütləq);İngilis dilini bilmək üstünlükdür;Analitik düşüncə, təşəbbüskarlıq və problem həll etmə bacarığı;Müstəqil işləmək, yeni ideyalar irəli sürmək və onların icrasında iştirak etmək bacarığı;Məsuliyyətlilik, operativlik və nəticəyönümlü yanaşma.Müraciət qaydasıMaraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı və Korporativ Satış Mütəxəssisi” qeyd etməklə aşağıdakı e-mail ünvanına göndərə bilərlər.E-mail: [email protected] Əlaqe nğmrəsi +994 51 631 51 11Müraciət zamanı əvvəlki iş təcrübəsi, həyata keçirilmiş layihələr və əldə edilmiş satış nəticələri barədə məlumat təqdim edilməsi üstünlük hesab olunur.Qeyd: Biznesin inkişafına strateji yanaşan, yalnız verilən tapşırıqları icra etməklə kifayətlənməyən, yeni imkanlar axtaran və öz təşəbbüsləri ilə şirkətlərimizin inkişafına töhfə vermək istəyən namizədlərin müraciətlərini gözləyirik. Maaş: 700 - 1000 ₼ Son müraciət: 29/10/2026