Prayk
Bolge meneceri Bərdə — İnzibati personal, Bərdə
Negotiable

Bolge meneceri Bərdə

OriginalYesterday
Date
Number
№3565480

Description

İş haqqında məlumat: •    Tabeçiliyində olan tibbi nümayəndələrin fəaliyyətinə rəhbərlik etmək, onlara dəstək olmaq və iş prosesini koordinasiya etmək; •    İş planlarını formalaşdırmaq, yaranan çətinlikləri vaxtında aşkarlayıb həll etmək; •    Tibb müəssisələrinə mütəmadi ziyarətlər etmək, məhsullar haqqında ətraflı məlumat təqdim etmək və tibbi nümayəndələrlə ikili ziyarətlərin keçirilməsi; •    Planlaşdırılmış satış və marketinq göstəricilərinə nail olmaq, şirkət məhsullarının tanınma dərəcəsini artırmaq; •    Verilmiş marketinq strategiyasını tətbiq etmək və nəticələrin izlənməsini təmin etmək; •    Şirkətin keçirdiyi və ya iştirak etdiyi tədbirlərin təşkilində aktiv iştirak etmək; •    Həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Tələblər: •    Ali və ya orta ixtisas təhsili (tibbi təhsil üstünlükdür); •    Əczaçılıq sahəsində iş təcrübəsi mütləqdir; •    Komanda idarəetmə, liderlik və qərarvermə bacarıqları; •    Yüksək ünsiyyət və təqdimat bacarığı, səlis nitq qabiliyyəti; •    Nizam-intizamlı, məsuliyyətli olmaq və hərəkətli iş rejimində işləməyi bacarmaq; •    MS Office proqramları ilə işləmə bacarığı. Şirkət təklif edir: •    Rəqabətədavamlı əmək haqqı; •    Peşəkar komanda ilə işləmək imkanı; •    Karyera və inkişaf perspektivləri. Müraciət qaydası: Vakansiya ilə maraqlanan və yuxarıdakı tələblərə cavab verən şəxslər öz CV-lərini mövzu hissəsində “Bolge meneceri” ( Bərdə ) sözünü qeyd etməklə  [email protected]  mail ünvanına və ya +99470 374 71 99 Whatsapp nömrəsin göndərə bilərsiniz. Maaş: Ə/h razılaşma ilə Son müraciət: 01/11/2026

Similar listings