Content Creator

600 ₼
Content Creator
VerifiedToday
Date
Number№3498257
Description
Anqard komandası Content Creator axtarır!
Sosial media üçün kreativ ideyalar düşünməyi, video çəkməyi, trendləri izləməyi və məhsulları maraqlı formada təqdim etməyi sevirsənsə, səni komandamızda görmək istəyirik.
Vəzifə öhdəlikləri:
Instagram, TikTok və digər sosial media platformaları üçün kreativ kontentlərin hazırlanması;
Reels və qısa formatlı videoların çəkilməsi və montajı;
Məhsul və layihələrin kreativ formada təqdim edilməsi;
Kontent üçün ideya, konsept və ssenarilərin hazırlanması;
Sosial media trendlərinin izlənilməsi və brendə uyğunlaşdırılması;
Kontent planına uyğun çəkilişlərin həyata keçirilməsi.
Namizədə tələblər:
Kontent yaradılması, sosial media, marketinq, kommunikasiya və ya əlaqəli sahədə 1 ildən artıq iş təcrübəsi;
Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Kreativ düşüncə və güclü vizual zövq;
Telefon və ya kamera ilə keyfiyyətli video çəkiliş bacarığı;
CapCut, Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığı;
Instagram və TikTok trendlərini yaxından izləmək;
Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi.
İş şəraiti:
İş yeri: Mehdiabad qəsəbəsi — fabrikin daxilində yerləşən ofis
İş saatları: 6 gün 09:00–18:00
Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı: 600 - 700 AZN
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 600 AZN
Son müraciət tarixi: 30.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/anqard-content-creator-152605
