Prayk
Əməliyyatlar üzrə mütəxəssis - Сustomer care — HR, kadr
Negotiable

Əməliyyatlar üzrə mütəxəssis - Сustomer care

Verified1 weeks ago
Category
HR, staffing
Date
Number
№3022927

Description

Namizəd müştəri müraciətlərinin idarə olunması, ödəniş əməliyyatlarının monitorinqi, refund və chargeback sorğularının icrası, eləcə də banklar, processing mərkəzləri və tərəfdaşlarla əməliyyat proseslərinin koordinasiyasında iştirak edəcək. Əsas vəzifələr Müştərilərdən daxil olan sorğu, müraciət və şikayətlərin qəbul edilməsi, qeydiyyatı və aidiyyəti üzrə yönləndirilməsi; Ödəniş əməliyyatlarının statusunun yoxlanılması və nəticələrin müştərilərə təqdim edilməsi; Processing mərkəzləri, issuer banklar və digər tərəfdaşlarla ödəniş əməliyyatları üzrə işgüzar yazışmaların aparılması; Refund, chargeback və digər ödəniş sorğularının idarə olunması və hesabatların hazırlanması; Texniki və əməliyyat problemlərinin təhlil edilməsi, aidiyyəti komandalarla koordinasiya olunaraq həll prosesinin izlənilməsi; Müştəri məmnuniyyəti və müraciətlər üzrə statistik məlumatların hazırlanması və müvafiq hesabatların aparılması; SLA çərçivəsində sorğuların vaxtında və keyfiyyətli icrasının təmin edilməsi. Tələblər Ali təhsil; Müştəri müraciətləri və şikayətlərlə işləmək bacarığı; Ödəniş əməliyyatları, bank prosesləri, refund və chargeback üzrə ilkin bilik; Analitik düşünmə, detallara diqqət və problem həll etmə bacarığı; MS Office və informasiya sistemlərindən istifadə bacarığı; Güclü yazılı və şifahi kommunikasiya bacarığı; Azərbaycan və rus dillərini səlis bilmək mütləqdir; İngilis dili biliyi arzuolunandır. Təcrübə Bank, fintech, ödəniş sistemləri, müştəri xidməti və ya əməliyyat sahəsində iş təcrübəsi arzuolunandır. Müvafiq sahədə minimum 1 il iş təcrübəsi üstünlük hesab olunur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 24.10.2026

© YIĞIM Payment Services jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.