
İnformasiya Təhlükəsizliyi üzrə Məsul şəxs (Information Security Officer)

Negotiable
İnformasiya Təhlükəsizliyi üzrə Məsul şəxs (Information Security Officer)
VerifiedYesterday
Date
Number№3445607
Description
Namizədə olan tələblər:
Ali təhsil (İT, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və ya əlaqəli sahədə);
İnformasiya təhlükəsizliyi və ya İT sahəsində ən azı 3 il iş təcrübəsi;
İnformasiya təhlükəsizliyinin idarə edilməsi, risklərin qiymətləndirilməsi, Risk Register, uyğunluq və istisnaların idarə edilməsi prinsiplərini bilmək;
Azərbaycan Mərkəzi Bankının informasiya təhlükəsizliyi üzrə tələblərini, CIS Controls və COBIT-i bilmək, ISMS/İTİS prinsiplərini anlamaq;
Daxili və xarici auditlərin müşayiəti, evidence-lərin hazırlanması və remediation tədbirlərinin izlənilməsi üzrə təcrübə;
IAM, SoD, Least Privilege, Incident və Vulnerability Management, fərdi və konfidensial məlumatların qorunması prinsiplərini anlamaq;
SIEM və DLP ilə praktiki iş bacarığı, həmçinin EDR/Endpoint Security, Active Directory, Firewall/VPN və Network Security üzrə anlayış;
Yeni sistem, layihə və inteqrasiyaları informasiya təhlükəsizliyi baxımından qiymətləndirmək və riskləri müəyyən etmək bacarığı;
Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi arzuolunandır;
Yüksək analitik və kommunikativ bacarıqlar, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, reyestr və digər daxili sənədlərin hazırlanması və aktuallaşdırılmasında iştirak etmək;
İnformasiya təhlükəsizliyi risklərini müəyyən etmək və qiymətləndirmək, Risk Register-i aparmaq və risklərin emalı tədbirlərini izləmək;
Azərbaycan Mərkəzi Bankının tələbləri, CIS Controls, COBIT və digər tətbiq olunan tələblər üzrə uyğunluq və ISMS/İTİS proseslərində iştirak etmək;
Daxili və xarici auditləri müşayiət etmək, evidence-ləri hazırlamaq və remediation tədbirlərinin icrasını izləmək;
SIEM və DLP hadisələrini monitorinq və təhlil etmək, təhlükəsizlik insidentlərini araşdırmaq və zəruri hallarda eskalasiya etmək;
IAM, SoD və Least Privilege prinsiplərinə uyğun olaraq giriş hüquqlarının idarə edilməsinə nəzarət etmək;
Zəifliklərin idarə edilməsi və fərdi/konfidensial məlumatların qorunması proseslərində iştirak etmək;
Yeni sistem, layihə, inteqrasiya və üçüncü tərəfləri informasiya təhlükəsizliyi baxımından qiymətləndirmək;
Security Awareness tədbirlərində iştirak etmək və informasiya təhlükəsizliyi üzrə rəhbərliyə hesabatlar hazırlamaq;
IT, Legal, HR, Risk, biznes bölmələri, auditorlar və təchizatçılarla informasiya təhlükəsizliyi məsələləri üzrə qarşılıqlı fəaliyyət göstərmək.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30–17:30;
İş yeri: Port Baku Tower 2;
Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnformasiya Təhlükəsizliyi üzrə Məsul şəxs” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2619&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
Son müraciət tarixi: 29.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/prior-bokt-informasiya-tehlukesizliyi-uzre-mesul-sexs-information-security-officer-152525
Similar listings















