Prayk
Mal-Material üzrə Mühasib — Maliyyə
Negotiable

Mal-Material üzrə Mühasib

Copy2 weeks ago
Category
Finance
Date
Number
№2269957

Description

İstehsalat sahəsində fəaliyyət göstərən şirkətimizə Mal-Material üzrə Mühasib vəzifəsinə təcrübəli və məsuliyyətli əməkdaş axtarılır. Əsas vəzifələr: Mal-materialların mədaxil və məxaric əməliyyatlarının uçotunu aparmaq; Anbara daxil olan və anbardan çıxan materialların sənədləşdirilməsinə nəzarət etmək; Mal-material qalıqlarının sistem üzrə uçotunu aparmaq və mütəmadi yoxlamaq; Anbar və mühasibatlıq məlumatlarının üzləşdirilməsini həyata keçirmək; Materialların inventarizasiyasında iştirak etmək; İlkin mühasibat sənədlərini hazırlamaq və düzgünlüyünü yoxlamaq; Təchizat və anbar şöbələri ilə koordinasiyalı işləmək; Rəhbərliyə tələb olunan hesabatları hazırlamaq. Namizədə tələblər: Müvafiq sahədə 1 ildən 2 ilə qədər iş təcrübəsi; Mal-material və anbar uçotu üzrə anlayış; Mikro proqramında işləmə bacarığı; MS Excel biliyi; Mühasibat uçotunun əsaslarını bilməsi; Sənədlərlə işləmə və hesabat hazırlama bacarığı; Diqqətli, məsuliyyətli və operativ olmaq; Komanda ilə işləmək bacarığı. İş şəraiti Əmək haqqı: 800–1000 AZN (Namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən edilir.) İş qrafiki: Tam iş günü Nahar və servis şirkət tərəfindən təmin olunur. İş yeri: Suraxanı rayonu.Binə qəsəbəsi Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində “Mal-Material üzrə Mühasib” qeyd etməyiniz xahiş olunur. Son müraciət tarixi: 15.10.2026

© Titan Group jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings