Mütəxəssis (Maliyyə departamenti)
Mütəxəssis (Maliyyə departamenti)
Negotiable
Verified2 weeks ago
Date
Number№1918423
Description
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa can atan, ən əsası isə “Boa Agency” komandasının bir üzvü olmaq istəyən namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
AKB müraciəti üzrə müştərilərin qəbulu;
AKB ərizələrinin imzalanması və proses haqqında borcalanlara real və zəng üzərindən məlumat verilməsi;
Həftə ərzində daxil olan AKB ərizələr toplusunun portala yüklənməsi;
Yüklənmələrin uğurla başa çatması və prosesin icrasına 12 iş günü müddətində nəzarət;
Digər filialdan gələn ərizələrin mail üzərindən qəbulu və eyni qaydada portala yüklənməsi və prosesin icrasına nəzarət;
İşin icraatının aparılması ilə bağlı zəng və məktubların cavablandırılması;
Məhkəməyə MKR-lə bağlı olunmuş şikayət məktublarının cavablandırılması və hüquqi yolla əsaslandırılması;
Şikayətçi borcalanların şikayəti əsaslıdırsa icra olunmuş MKR məlumatlarının yenidən düzəliş edilərək vəya ümumən MKR-dən silinməsinin təşkili;
Daxil olan problemli zənglərin cavablandırılması;
Kollektorların təqdim etdiyi AKB ilə bağlı müştərilərin işlərinin araşdırılması;
Onlayn bank sistemi ilə işləmək;
Məlumatların 1C proqramına daxil edilməsi və işlənməsi;
Daxil edilmiş məlumatların düzgünlüyünün yoxlanılması;
Bank əməliyyatları və müvafiq sənədlərlə işləmək;
Yekun icra haqqında məlumatın müştərilərə və rəhbərliyə təqdim olunması;
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (Maliyyə, mühasibatlıq, iqtisadiyyat və s. digər əlaqəli ixtisaslar)
Müvafiq vəzifə üzrə 1 ilədək iş təcrübəsi;
1C proqramında işləmə bacarığı;
Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
Ünsiyyət və komanda ilə işləmək bacarıqları;
Müştərilərlə davranış etikası;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
İş şəraiti:
İş qrafiki: həftə içi 5 gün, 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
Şənbə və bazar istirahət;
Nahar fasiləsi: 13:00 – 14:00.
Sizə nə təklif edirik?
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
Karyera və inkişaf perspektivləri;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Bakı, Nəsimi rayonu, 4 mkr., Mir Cəlal küç.36 D; (012) 310 39 21
Son müraciət tarixi: 10.10.2026
Listing source
Open the original listing© BOA Agency jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.