Prayk

Satıcı Məsləhətçi

Negotiable
VerifiedToday
Category
Sales
Date
Number
№3509845

Description

Şöbə:  Kommersiya İş vaxtı: Tam iş vaxtı Vəzifələr: Mağazaya daxil olan müştəriləri qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və tikinti/təmir materiallarının seçilməsində peşəkar məsləhət vermək. Müştəriyə materialların keyfiyyəti, tərkibi, tətbiq qaydaları, sərfiyyatı (məsələn, 1 kv.m-ə nə qədər boya və ya kafel yapışdırıcısı gedir) və istehsalçı ölkəsi barədə dəqiq məlumat vermək. Müəyyən olunmuş fərdi aylıq satış planını yerinə yetirmək. Mağazaya daxil olan ziyarətçilərin alıcıya çevrilməsi (Conversion Rate) göstəricisini artırmaq, müştərilər üçün tikinti smetalarını hesablamaq. Əsas alınan məhsulun yanında tamamlayıcı materialları (məsələn: sement ilə birlikdə qum, plastikləşdirici, alət, bərkitmə vasitələri) təklif edərək orta çeki və çəkdəki SKU sayını böyütmək. Malları vitrinlərə və rəflərə səliqəli, estetika, daxili standartlara və planoqramaya uyğun şəkildə düzmək. Rəflərdəki bütün malların üzərində qiymət kağızlarının (qiymət etiketlərinin / price tags) düzgün, görünən və 100% aktual olmasına nəzarət etmək. Mağazaya yeni gələn tikinti materiallarının qəbulunda, sayılmasında və rəflərə yerləşdirilməsində iştirak etmək (fəhləyə və administratora köməklik göstərmək). Malın son istifadə tarixinə (məsələn: sement, quru qarışıqlar, mastika və boyalar üçün FEFO prinsipi üzrə) nəzarət etmək. Azalan və ya bitən məhsullar barədə mağaza rəhbərliyinə (və ya təchizat bölməsinə) vaxtında məlumat vermək. Satış zalının, rəflərin və malların üzərinin daima təmiz (tozsuz) və nizamlı qalmasını təmin etmək. Tələb olunan keyfiyyətlər: Orta-ixtisas və ya ali təhsi Tikinti materialları və ya pərakəndə satış sahəsində minimum 1 il təcrübə Kompüter üzrə minimum bilik. Hesabatların hazırlanması üçün Word, Excel proqramları. 1C satış proqramı ilə işləmək bacarığı Ünsiyyət bacarığı, nəzakətlilik, müşahidəçilik kimi bacarıq və keyfiyyətlərə malik olmaq, Maraqlananlar  CV –lərini, mövzu hissəsində mütləq “Satıcı Məsləhətçi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Bütün müraciətlərə baxılacaq və namizədlərə bərabər imkanlar veriləcək. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 30.10.2026 E-mail: [email protected] Müraciət: https://jobsearch.az/vacancies/holcim-satici-meslehetci-152631