Əsas vəzifə öhdəlikləri:
Satınalma tələblərinin təhlili və icrasının təşkili;
Bazar araşdırmasının aparılması və yeni/alternativ təchizatçıların müəyyən edilməsi;
RFQ/RFP və tender proseslərinin hazırlanması və idarə olunması;
Texniki və kommersiya təkliflərinin toplanması və müqayisəli təhlili;
Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqların aparılması;
Optimal qiymət və kommersiya şərtlərinin əldə olunması;
Sifarişlərin yerləşdirilməsi və icra müddətlərinin nəzarətdə saxlanılması;
Müqavilələrin hazırlanması prosesində aidiyyəti şöbələrlə koordinasiya;
Təchizatçıların fəaliyyətinin və xidmət keyfiyyətinin qiymətləndirilməsi;
Təchizatçı bazasının genişləndirilməsi;
Satınalma reyestri və müvafiq hesabatların aparılması;
Satınalma proseslərində risklərin, gecikmələrin və qənaət imkanlarının müəyyən edilməsi;
Daxili sifarişçi şöbələrlə koordinasiyanın təmin edilməsi.
Namizədə əsas tələblər:
Satınalma və təchizat sahəsində minimum 4–5 il iş təcrübəsi;
RFQ/RFP, tender və müqavilə prosesləri üzrə praktiki təcrübə;
Təchizatçılarla danışıqların aparılması üzrə güclü bacarıqlar;
Kommersiya təkliflərinin və satınalma xərclərinin təhlili bacarığı;
MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
Analitik düşüncə, məsuliyyətlilik və nəticəyönümlülük;
Eyni zamanda bir neçə satınalma prosesini idarə etmək bacarığı;
Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 25.10.2026