Təhlükəsizlik sisteminin nəzarətçisi
Təhlükəsizlik sisteminin nəzarətçisi
Negotiable
VerifiedToday
Description
İş yeri: Nargiz Mall, Crescent Mall, Gənclik Mall
İş vaxtı: 5 günlük (həftədə 40 saat),
Namizədə dair tələblər:
Müvafiq sahədə iş təcrübəsi;
Orta ixtisas və ya ali təhsil;
Təhlükəsizlik və müşahidə sistemləri ilə işləmə bacarığı;
MS Office proqramlarında işləmə bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Şübhəli hallar və insidentləri vaxtında aşkar etmək və məlumatlandırmaq bacarığı;
Məxfi məlumatların qorunması və informasiya təhlükəsizliyi qaydalarına riayət etmək;
Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
Üstünlük verilir:
Pərakəndə satış (Retail) sahəsində iş təcrübəsi;
Təhlükəsizlik və itkilərin qarşısının alınması (Loss Prevention) sahəsində təcrübə;
Təhlükəsizlik kameraları və digər təhlükəsizlik sistemləri ilə iş təcrübəsi;
Hadisələrin araşdırılması və hesabatların hazırlanması üzrə təcrübə;
İngilis dili biliyi.
Vəzifə funksiyaları:
Təhlükəsizlik kameralarını fasiləsiz izləmək, şübhəli fəaliyyətləri və qeyri-adi halları müəyyən etmək və dərhal rəhbərliyə məlumat vermək;
Mağazada aşkar olunan qayda pozuntuları, insidentlər və digər uyğunsuzluqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq;
Sensormatic sistemlərinin və təhlükəsizlik qapılarının gündəlik yoxlanılmasını və işlək vəziyyətdə olmasını təmin etmək;
Mağaza və anbar ərazilərində məhsullar üzərində təhlükəsizlik etiketlərinin düzgün yerləşdirilməsinə dair təsadüfi yoxlamalar aparmaq;
Əməkdaşların şəxsi dolabları, şəxsi alış-verişləri, kassa əməliyyatları və digər aidiyyəti sahələr üzrə təsadüfi yoxlamalar həyata keçirmək;
Təhlükəsizlik kameraları sisteminin gündəlik texniki vəziyyətini yoxlamaq;
Sistem və avadanlıqlarda yaranan nasazlıqlar barədə dərhal İT şöbəsinə və rəhbərliyə məlumat vermək;
Geri qaytarma, dəyişdirmə, məhsul sətrinin ləğvi və çekin ləğvi əməliyyatlarını gündəlik olaraq müşahidə kameraları vasitəsilə monitorinq və yoxlamaq;
Mağazanın açılışı, tullantıların çıxarılması, əməkdaşların yoxlanılması və malların qəbul edilməsi kimi mühüm əməliyyatlara nəzarət etmək;
Sözügedən proseslərin şirkətin daxili qayda və standartlarına uyğun həyata keçirilməsini təmin etmək;
Təhlükəsizlik kameralarının görüntülərini, müşahidə qeydlərini, jurnalları və insident hesabatlarını düzgün şəkildə qeydiyyata almaq və saxlamaq;
Zəruri hallarda insidentlərlə bağlı sübutların toplanmasında iştirak etmək;
Tələb olunduğu hallarda aidiyyəti məlumatların və sübutların hüquq-mühafizə orqanlarına təqdim edilməsində iştirak etmək;
Təhlükəsizlik kameralarından əldə olunan məlumatların və digər məxfi informasiyanın qorunmasını təmin etmək;
Şirkətin daxili qaydalarına, prosedurlarına, etik davranış kodeksinə və təhlükəsizlik standartlarına riayət etmək;
Əməkdaşlarla münasibətlərdə peşəkar davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət etmək;
İşə davamiyyət və punktuallıq qaydalarına riayət etmək;
Əməyin mühafizəsi, sağlamlıq və təhlükəsizlik standartlarına riayət etmək;
Rəhbərlik tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
CV-lərinizi mövzu hissəsinə “Təhlükəsizlik sisteminin nəzarətçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/195526/tehlukesizlik-sisteminin-nezaretcisi