
“Bakıaeronaviqasiya” / HHİ (Hava hərəkətinin idarə edilməsi) Dispetçeri

Razılaşma yolu ilə
“Bakıaeronaviqasiya” / HHİ (Hava hərəkətinin idarə edilməsi) Dispetçeri
YoxlanılıbDünən
Təsvir
Hava hərəkətinin idarə edilməsi dispetçeri öz məsuliyyət zonasının müəyyən edilmiş sərhədləri daxilində radiotexniki və radiolokasiya vasitələrindən istifadə etməklə hava gəmilərinin hərəkətini idarə etmək;Hava gəmilərinin hərəkətinin idarə edilməsi prosesi zamanı hava hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə hərbi hava qüvvələri və hava hərəkətinin idarə edilməsi üzrə qonşu dispetçer məntəqələri ilə qarşılıqlı əlaqədə işləmək;Hava gəmilərinin heyətlərinə uçuşların yerinə yetirilməsi ilə bağlı dəqiq və vaxtında zəruri göstərişlər və məlumatlar vermək;Nəzarət etdiyi yaxın zonalarda hava və meteoroloji şəraiti öyrənmək və təhlil etmək, hava gəmilərinin təhlükəli meteoroloji hadisələr zonasına daxil olmasının qarşısını almaq üçün müvafiq tədbirlər görmək;Hava gəmilərinin təhlükəsiz hərəkətinin təmin edilməsi mümkün olmadıqda, hava gəmilərinin heyətlərinə uçuşların yerinə yetirilməsini qadağan etmək.
Tələblər:
Vətəndaşlıq: AR vətəndaşı olmaq;Yaş: 22-30 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda);Yaş: maksimum 35 (uyğun təcrübə olduğu halda);Təhsil: Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi;Dil bilikləri: Azərbaycan – səlis, İngilis – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili bilikləri;Qavrama və tez reaksiya vermə bacarığı;Məsuliyyətli və intizamlı olmaq;Komandada işləmək bacarığı.
Əlavə Qeydlər:DMAA-nin Student license olan namizədlərə üstünlük veriləcək.
Vakansiya növü: Tam ştat
Şirkət: "Azərbaycan Hava Yolları" QSC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-bakiaeronaviqasiya-hhi-hava-hereketinin-idare-edilmesi-dispetceri-69862/apply
Bənzər elanlar


Razılaşma yolu ilə
Aviatexniki təchizat və materialların idarəedilməsi şöbəsi/ Mütəxəssis
BakıBu gün 11:18






Elanın sahibi







