
Uçuş heyətinin sertifikatlaşması üzrə mütəxəssis

Razılaşma yolu ilə
Uçuş heyətinin sertifikatlaşması üzrə mütəxəssis
YoxlanılıbDünən
Təsvir
Uçuş heyətinin sertifikatlaşdırılması prosesini təşkil etmək və müvafiq sənədləri hazırlamaq;Sertifikat və lisenziyaların etibarlılıq müddətlərinə və yenilənmə tarixlərinə nəzarət etmək;İlkin, yenilənmə, yenidən təsdiqləmə və dövri təlimlərdən sonra sertifikatların rəsmiləşdirilməsini təmin etmək;Təlim, sertifikatlaşdırma və uçuş yoxlamaları üzrə məlumatları təsdiq edilmiş sistemlərdə vaxtında yeniləmək;Uçuş heyəti üzvlərinin elektron və kağız formatda şəxsi işlərini idarə etmək və arxivləşdirmək;Simulator, yerüstü və uçuş yoxlamalarının düzgün sənədləşdirilməsinə nəzarət etmək;Təlim və sertifikatlaşdırma üzrə hesabatlar hazırlamaq və auditlər üçün tələb olunan sənədləri toplamaq;Uyğunsuz, çatışmayan və ya vaxtı keçmiş sənədləri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;Uçuş heyətinin daxili sertifikatlaşdırılmasını həyata keçirmək;Lisenziyaların etibarlılığının təmin edilməsi məqsədilə DMAA ilə müvafiq kommunikasiyanı həyata keçirmək;Sənədləşdirmənin ICAO standartlarına və tətbiq olunan normativ tələblərə uyğunluğunu təmin etmək;Təlim sənədlərinin təlimatçılar tərəfindən düzgün və tam doldurulmasına nəzarət etmək;Təlim və sertifikatlaşdırma məlumatlarının dəqiq və aktual saxlanılmasını təmin etmək;Fəaliyyət istiqaməti üzrə rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.
Tələblər:
Ali təhsil;Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta; Rus dili – arzuolunandır.MS Office proqramlarında işləmək bacarığı;Sənədlərin düzgün idarə olunması, qeydiyyatı və arxivləşdirilməsi üzrə bacarıq;Diqqətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;Öyrənmə və yeni prosesləri tez mənimsəmə qabiliyyəti;Dəyişikliklərə və yeni iş şəraitinə uyğunlaşma bacarığı;Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;Vaxtın düzgün idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətlərdə icra olunması bacarığı.
İş yeriHeydər Əliyev Beynəlxalq Hava Limanı.İş rejimi5 günlük iş qrafiki (09:00–18:00).
Vakansiya növü: Tam ştat
Şirkət: "Azərbaycan Hava Yolları" QSC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-ucus-heyetinin-sertifikatlasmasi-uzre-mutexessis-86927171/apply
Bənzər elanlar


Razılaşma yolu ilə
Aviatexniki təchizat və materialların idarəedilməsi şöbəsi/ Mütəxəssis
BakıBu gün 11:18






Elanın sahibi




Razılaşma yolu ilə
“Bakıaeronaviqasiya” / HHİ (Hava hərəkətinin idarə edilməsi) Dispetçeri
BakıDünən 18:40



