Prayk
Yükləyici sürücüsü-mövsümi (Yevlax İFT) — Digər, Yevlax
Razılaşma yolu ilə

Yükləyici sürücüsü-mövsümi (Yevlax İFT)

YoxlanılıbDünən
Şəhər
Yevlax
Kateqoriya
Digər
Tarix
Nömrə
№3570961

Təsvir

Yükləmə-boşaltma əməliyyatlarını şirkətin müəyyən etdiyi təhlükəsizlik qaydalarına və prosedurlarına uyğun olaraq icra etmək; Verilmiş istehsalat tapşırığı daxilində yükləri boşaltmaq, müvafiq yerlərdə yerləşdirmək və yüklərin yerini dəyişmək;İdarə etdiyi texnikada istənilən zədə, nasazlıq aşkar etdikdə sahə rəhbərinə məlumat vermək;Akkumulyatorların sazlığı da daxil olmaqla nəqliyyat vasitəsini və avadanlığı hər gün yoxlamaq;Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq, istifadədən öncə texnikaya vizual baxış keçirmək;İş planına və iş yeri qaydalarına uyğun olaraq potensial təhlükələri müəyyənləşdirmək, qabaqlayıcı və ya nəzarət tədbirləri görmək; İş ərazisini işin tələblərinə və iş yeri qaydalarına uyğun olaraq hazırlamaq;Texnikanın və avadanlıqların düzgün işlədiyinə əmin olmaq məqsədi ilə son təmizləmə, yağlama və bərkitmə işləri aparmaq;İş sahəsini ərazi və müəssisə prosedurlarına uyğun şəkildə tullantılardan təmizləmək, təhlükəsiz iş şəraitini təmin etmək;Qurğular, alətlər və avadanlıqları ərazi və müəssisə prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək; İşdən əvvəl müvafiq təlimatlardan istifadə etməklə işə hazırlaşmaq;İşlərin ardıcıllığını planlaşdırmaq; Tələblər: Kollektivlə işləmək bacarığı və əmək intizamının yüksək olması;Diqqətli, çevik və məsuliyyətli olmaq;Təhlükəsiz iş icra etmə metodlarını yaxşı bilməlidir; İşini planlaşdırmağı və təşkil etməyi bacarmalıdır; Ortaya çıxan problemləri həll etməyi bacarmalıdır; Vaxtdan səmərəli istifadə etməyi bacarmalıdır. Vakansiya növü: Mövsümi Vəzifə səviyyəsi: Digər Şirkət: Prime Cotton Yer: Yevlax, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-yukleyici-surucusu-movsumi-yevlax-ift-38458138/apply

Bənzər elanlar

Usta — Saatlı
Razılaşma yolu ilə

Usta


SaatlıBu gün 00:15