
2
Forklift (Avtoyükləyici) sürücüsü
Forklift (Avtoyükləyici) sürücüsü
Razılaşma yolu ilə
YoxlanılıbDünən
Tarix
Baxışlar2
Nömrə№5187582
Təsvir
Vakansiya haqqında:
Carlsberg Azerbaijan komandasına qoşulmaq üçün məsuliyyətli və peşəkar Forklift (Avtoyükləyici) Sürücüsü axtarırıq.
İş şərtləri:
İş yeri: Xırdalan, Carlsberg Azerbaijan zavodu
Şöbə: Anbar və daxili logistika
İş qrafiki: Növbəli
Əsas vəzifə öhdəlikləri:
Forklift vasitəsilə məhsul, xammal və materialların daşınmasını, nəqliyyat vasitələrinə yüklənməsini və boşaldılmasını həyata keçirmək.
Yükləri müəyyən edilmiş qaydalara uyğun olaraq rəflərə yerləşdirmək və istifləmək.
Məhsul və materialların qəbulu və təhvili zamanı miqdarını, çeşidini, keyfiyyətini və qablaşdırmanın bütövlüyünü yoxlamaq, uyğunsuzluqlar barədə məlumat vermək.
Sifarişləri sənədlərə uyğun komplektləşdirmək, anbar əməliyyatlarını WMS sistemində vaxtında və düzgün qeydə almaq.
İstehsal xətlərinin materiallarla təmin edilməsində və inventar sayımlarında iştirak etmək.
Növbə başlamazdan əvvəl forkliftin texniki vəziyyətini yoxlamaq, müvafiq yoxlama qeydlərini aparmaq və nasazlıqlar barədə dərhal məlumat vermək.
Sürət həddinə, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, fərdi qoruyucu vasitələrdən istifadə etmək.
Namizədlərə dair tələblər:
Orta və ya orta ixtisas təhsili;
Forklift (Avtoyükləyici) idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və sertifikat;
Oxşar vəzifədə ən azı 1 il iş təcrübəsi;
Təhlükəsizlik qaydalarına yüksək diqqət;
Anbar prosesləri — malların qəbulu, yerləşdirilməsi və göndərilməsi üzrə biliklər;
Rus dili biliyi üstünlükdür;
Növbəli iş qrafikində işləməyə hazırlıq;
Diqqətlilik, məsuliyyət və intizam.
WMS sistemi, terminal və skanerlərlə iş təcrübəsi üstünlükdür
Əlavə şərtlər:
Nahar təminatı
4 istiqamət üzrə transfer (səhər və axşam)
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda məsuliyyətli vakansiyaya müraciət etmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi link vasitəsilə göndərin:
https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Yalnız vakansiya tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Son müraciət tarixi: 26.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Carlsberg Azerbaijan jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM





