
Bakı14
İnsan Resursları üzrə Mütəxəssis / Menecer
İnsan Resursları üzrə Mütəxəssis / Menecer
Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar14
Nömrə№5517186
Təsvir
Məşğulluq növü: Tam iş günü (Full-time)
İşin Təsviri
Şirkətin kadr ehtiyaclarının (xüsusilə şəbəkə/IT mühəndisləri, GPON/montaj texnikləri, B2B/B2C satış və müştəri xidmətləri heyəti) operativ ödənilməsi, daxili KPI/performans sisteminin qurulması, HR kargüzarlığının aparılması və korporativ mədəniyyətin inkişaf etdirilməsi.
Əsas Öhdəliklər
İşəqəbul (Recruitment): Texniki və inzibati vakansiyalar üzrə işəqəbul prosesini idarə etmək (müsahibələrin təşkili, qiymətləndirmə).
KPI və Performans İdarəetməsi: Şöbələr (xüsusilə GPON texniki heyəti, müştəri xidmətləri, satış və IT) üzrə performans göstəricilərinin (KPI/OKRs) təyin edilməsi, dövrü hesablanması və hesabatlılığın aparılması. KPI nəticələrinə əsasən aylıq/rüblük bonus və motivasiya sisteminin hesablanıb rəhbərliyə təqdim edilməsi.
ƏMAS İnteqrasiyası: ƏMAS (Əmək bildirişləri alt sistemi) üzərindən əmək müqavilələrinin bağlanması, xitamı və dəyişikliklərin daxil edilməsi.
Kadr Kargüzarlığı: Əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının (əmrlər, məzuniyyət qrafikləri, iş vaxtının uçotu tabeli) aparılması.
Adaptasiya və Saxlanılma: Yeni əməkdaşların adaptasiya (onboarding) prosesinin təşkili və kadr axıcılığının (turnover rate) azaldılması üzrə tədbirlərin görülməsi.
Əməyin Mühafizəsi: Texniki heyətin əmək mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimatlandırılması prosesinə nəzarət.
Tələblər
Təhsil: Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Menecment, Psixologiya və ya uyğun sahə).
Təcrübə: Müvafiq sahədə (üstünlük: Telekommunikasiya, IT, Tikinti və ya Sahə/Field operational şirkətlər) minimum 2-4 il iş təcrübəsi.
KPI bilikləri: KPI və performans idarəetmə sistemlərinin qurulması və hesablanması üzrə praktiki təcrübə.
Qanunvericilik və ƏMAS: AR Əmək Məcəlləsini və ƏMAS sistemində işləmək qaydalarını mükəmməl bilmək.
Texniki kadr axtarışı: IT/Texniki profilli kadrların axtarışı və cəlb edilməsi kanallarını bilmək.
Bacarıqlar: Yüksək analitik düşüncə, MS Excel bilikləri, ünsiyyət və təşkilatçılıq bacarıqları.
Dil bilikləri: Azərbaycan dili – mükəmməl; Rus və ya İngilis dili bilikləri üstünlükdür.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Elanın mənbəyi
Orijinal elanı aç© FiberNET busy.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM












