Prayk

Nasos Servisi üzrə Texnik-Mexanik

1 200 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı

№6296197·Baxışlar: 6

Təsvir

Şirkət: Hydro Heat Tech MMC İş yeri: Bakı İş rejimi: 9.00 dan 18.00 Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Hydro Heat Tech MMC su nasosları və nasos sistemlərinin servis və texniki xidməti üzrə texnik/mexanik vəzifəsinə işçi axtarır. Şirkət tərəfindən Rəsmi işə qəbul; Stabil iş şəraiti; Peşəkar nasos və servis avadanlıqları ilə işləmək imkanı; Təcrübə və peşəkarlığa uyğun əmək haqqı; İş prosesində texniki inkişaf və təcrübə qazanmaq imkanı. Öhdəliklər Müxtəlif növ su nasoslarının sökülməsi, yığılması və təmiri; Nasoslarda yaranmış mexaniki nasazlıqların müəyyən edilməsi; Podşipnik, mexaniki salnik, val, çarx, diffuzor və digər ehtiyat hissələrinin yoxlanılması və dəyişdirilməsi; Nasos və elektrik mühərriklərinin montaj və demontaj işlərinin görülməsi; Nasosların texniki baxışı və profilaktik servisinin aparılması; Nasosların işə salınması və işləmə vəziyyətinin yoxlanılması; Obyektlərdə servis və təmir işlərinin həyata keçirilməsi; Görülən işlər barədə servis rəhbərinə məlumat verilməsi. Tələblər Mexanika və texniki işlər üzrə anlayış; Nasosların təmiri sahəsində təcrübə üstünlükdür; Elektrik mühərrikləri haqqında ilkin texniki biliklərin olması; Ölçü və əl alətləri ilə işləmə bacarığı; Podşipnik, salnik, val və digər mexaniki hissələrlə işləmə bacarığı; Texniki problemi müəyyən edib həll etmək bacarığı; Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı; Obyektlərdə servis işlərinə getmək imkanının olması. Üstünlük verilir: Grundfos, Wilo, EBARA, Zenit, KSB, Pedrollo, Lowara, Calpeda və digər sənaye/su nasoslarının təmiri üzrə təcrübəsi olan namizədlərə.

Elanın mənbəyi

Orijinal elanı aç

© HHTECH busy.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM