Prayk

Senior Mobiloqraf / Reels Maker

1 200 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı

№6314137·Baxışlar: 5

Təsvir

İş yeri - Bakı, Bayıl – Sabah Residence Məşğulluq növü - Tam ştat Səviyyə - Senior TREVA Real Estate Bakıda premium daşınmaz əmlak layihələrinin satışı ilə məşğul olan şirkətdir. Komandamıza güclü və təcrübəli mobiloqraf axtarırıq. Vəzifə öhdəlikləri Satış direktoru və satış komandasının üzvləri ilə Reels və qısa videoların çəkilişi və montajı (şəxsi brend kontenti, ekspert videoları, müsahibə formatları); Layihələr, mənzillər və tikinti sahələri üzrə obyekt turları və kampaniya videolarının hazırlanması; Instagram, TikTok və LinkedIn üçün trend formatlarda kontent hazırlanması; Marketinq komandası ilə birgə aylıq kontent planının icrası. Namizədə tələblər Mobiloqraf / video kontent sahəsində ən azı 3 il iş təcrübəsi (Senior səviyyə); Güclü portfolio: insanlarla çəkilmiş Reels, şəxsi brend və ya daşınmaz əmlak kontenti üstünlükdür; Kamera qarşısında insanları istiqamətləndirmək, ssenari və ideya təklif etmək bacarığı; Montaj proqramlarını sərbəst bilmək (CapCut, Premiere Pro, VN və s.); Trendləri izləmək və müstəqil işləmək bacarığı. Biz nə təklif edirik? Əmək haqqı: 1200 AZN (600 AZN sabit + 600 AZN bonus); Bakının ən böyük daşınmaz əmlak layihələrində iş təcrübəsi; Peşəkar və dinamik komanda. Maraqlanan namizədlər CV və portfoliolarını mövzu hissəsində “Senior Mobiloqraf” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208308/senior-mobiloqraf-reels-maker
REKLAM