Prayk

Sosial Media Marketinq (SMM) mütəxəssisi

500 ₼
YoxlanılıbDünən
Şəhər
Bakı
Tarix
Baxışlar
5
Nömrə
№5819645

Təsvir

📍Aura Məişət Texnikası MMC — Almaniyanın Aura GmbH şirkətinin Azərbaycandakı distribyutoru — nəticəyönümlü və məsuliyyətli SMM mütəxəssisi axtarır.Əsas vəzifələrFacebook və Instagram səhifələrinin gündəlik idarə olunması;Aylıq kontent strategiyasının, kontent təqviminin və paylaşım planının hazırlanması;Mətn, vizual, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması;Meta Business Suite, Business Manager və Ads Manager vasitəsilə reklam kampaniyalarının qurulması, optimallaşdırılması və nəticələrinin təhlili;Hədəf auditoriyaların, retargeting auditoriyalarının və reklam məqsədlərinin düzgün seçilməsi;Reklam büdcəsinin səmərəli idarə olunması, nəticələrin CTR, CPC, CPM, CPL və satış göstəriciləri üzrə izlənməsi;Süni intellekt alətlərindən istifadə etməklə reklam vizualları, məhsul şəkilləri və qısa videoların hazırlanması;Foto və video çəkilişlərinin təşkili, çəkilən materialların montaj və redaktə edilməsi;Sosial media trendlərinin, rəqiblərin və bazarın mütəmadi təhlili;Həftəlik və aylıq nəticə hesabatlarının hazırlanması, inkişaf təkliflərinin təqdim edilməsi.Namizədə tələblərKişi namizəd, yaş həddi: 30 yaş və yuxarı;SMM və rəqəmsal marketinq sahəsində minimum 3 il praktiki iş təcrübəsi;Meta Business Suite, Business Manager və Ads Manager üzrə güclü praktiki bilik;Reklam kampaniyasını sıfırdan qurmaq, auditoriyaları seqmentləşdirmək, A/B testləri aparmaq və nəticələri optimallaşdırmaq bacarığı;Adobe Photoshop proqramında yaxşı işləmək bacarığı; Illustrator, Figma və ya Canva biliyi üstünlükdür;CapCut, Adobe Premiere Pro və ya digər video redaktə proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;ChatGPT, Gemini, Veo, Flow və ya oxşar süni intellekt alətləri ilə keyfiyyətli vizual və video kontent hazırlamaq bacarığı;Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət; rus dili biliyi üstünlükdür;Müstəqil, sistemli və məsuliyyətli işləmək, tapşırıqları vaxtında tamamlamaq bacarığı;Portfolio və əvvəlki layihələr üzrə real nəticələr təqdim etmək imkanı.Üstünlük veriləcəkSMM və ya reklam agentliyində iş təcrübəsi;Məişət texnikası, pərakəndə satış və ya e-ticarət sahəsində təcrübə;Meta Pixel, Conversion API və analitika alətləri üzrə ilkin praktiki bilik.İş şərtləri6 günlük iş qrafiki: 10:00–18:00;Rəsmi əmək müqaviləsi;Nahar şirkət tərəfindən təmin olunur;Əmək haqqı: 500–800 AZN.Mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə CV-nizi PDF formatında, portfolionuzu və idarə etdiyiniz səhifə və ya kampaniyalardan nümunələri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.Mobil: +994 50 270 34 00WhatsApp: +994 50 277 55 92İş telefonu: +994 12 441 49 49
REKLAM