Prayk
Təchizat üzrə Mütəxəssis — Nəqliyyat, logistika, anbar
Razılaşma yolu ilə

Təchizat üzrə Mütəxəssis

YoxlanılıbBu gün
Tarix
Baxışlar
4
Nömrə
№5863307

Təsvir

Əsas Tələblər: Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Menecment sahəsi üstünlükdür); Satınalma və ya təchizat zəncirinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi; Satınalma və tender prosedurları, RFQ/RFP və satınalma sifarişlərinin (PO) idarə edilməsi üzrə biliklər; Bazar araşdırması aparmaq və qiymət dalğalanmalarını təhlil etmək bacarığı; Tədarükçülərlə effektiv ünsiyyət və güclü danışıqlar aparma qabiliyyəti; MS Office (xüsusilə Excel) proqramlarında peşəkar işləmək bacarığı; Analitik düşünmə, detallara diqqət, planlaşdırma və vaxtın effektiv idarə edilməsi bacarığı; İşə məsuliyyətli yanaşma, işgüzar etika, komanda ilə işləmək və nəticəyönümlülük; İngilis dilində kommersiya təkliflərini, texniki sənədləri və işgüzar yazışmaları oxuyub anlamaq bacarığı; Əsas Vəzifə Öhdəlikləri: Daxil olan satınalma tələblərindəki məlumatların dolğunluğunu yoxlamaq, qeyri-müəyyənlikləri aradan qaldırmaq və daxili sifarişçilərlə koordinasiya qurmaq; Tender iştirakçılarının peşəkar uyğunluğunu yoxlamaq, Əsas Şərtlər Toplusunu hazırlayaraq tender elan etmək və təklif zərflərini toplamaq; Tender komissiyasının iştirakı ilə zərflərin açılışını və iclaslarını təşkil etmək, müvafiq protokolları hazırlamaq; Əvvəlcədən müəyyən edilmiş texniki, kommersiya və digər qiymətləndirmə meyarlarına əsasən təkliflərin müqayisə cədvəlini hazırlamaq, uyğun təklifi komissiyaya tövsiyə etmək və təsdiqini almaq; Potensial tədarükçüləri araşdırmaq, onlarla danışıqlar aparmaq, endirim sorğuları göndərmək və qalib namizədlərin istehsalat/anbar sahələrinə ziyarətlər etmək; Tədarükçülərin qiymət, keyfiyyət, çatdırılma müddəti və müqavilə öhdəliklərinə riayət etməsi üzrə performansını qiymətləndirmək və təkmilləşdirmə təklifləri hazırlamaq; Təsdiq edilmiş təklif üzrə satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və malların təyin olunmuş ünvana vaxtında çatdırılmasını təqib etmək; Anbara çatdırılan sifarişlərdə uyğunsuzluq olarsa, tədarükçü ilə problemi həll etmək və təchiz olunan malların keyfiyyət analizini aparmaq; Satınalma sifarişi, çatdırılma və hesablaşma sənədlərinin doğruluğunu yoxlamaq, müqavilələrin hazırlanmasını koordinasiya etmək və rəhbərliyə mütəmadi hesabatlar vermək; Sifariş yekunlaşdıqdan sonra tədarükçünün performansını dəyərləndirmək və gələcək əməkdaşlıq üçün sistemli analizlər aparmaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 11.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Veysəloğlu Şirkətlər Qrupu jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp