
Aparıcı İT biznes analitik
Aparıcı İT biznes analitik
Negotiable
VerifiedYesterday
Date
Number№3497882
Description
İş təsviri
Müxtəlif maraqlı tərəflərdən biznes və funksional tələblərin toplanılması, təhlili, dəqiqləşdirilməsi və sənədləşdirilməsi;
Ödəniş sistemləri, e-Wallet və terminallar üzrə yeni inteqrasiyaların və funksional dəyişikliklərin təhlili, tələblərin formalaşdırılması və onların layihə çərçivəsində icrasına dəstək göstərilməsi.
Layihələr üzrə biznes və texniki sənədlərin hazırlanması və aktual saxlanılması: BRD, FRD, SRS, User Story, Use Case, Acceptance Criteria, process flow və s.
Biznes ehtiyaclarının sistem tələblərinə çevrilməsi və aidiyyəti texniki komandalar üçün aydın şəkildə təsvir edilməsi;
Mövcud biznes proseslərinin təhlili, çatışmazlıqların və təkmilləşdirmə imkanlarının müəyyən edilməsi;
Dəyişikliklərin biznes və sistemlərə təsirinin təhlili, mümkün həll alternativlərinin qiymətləndirilməsi;
Yeni inteqrasiyalar üzrə API spesifikasiyalarının, request/response strukturlarının və biznes qaydalarının təhlilində iştirak.
Proseslərin BPMN/UML vasitəsilə modelləşdirilməsi və zəruri hallarda AS-IS / TO-BE proseslərinin hazırlanması;
Proqramlaşdırma, Sistem analitik, QA, Biznesin inkişafı və digər aidiyyəti komandalarla sıx əməkdaşlıq edərək tələblərin düzgün başa düşülməsinin və icrasının təmin olunması.
Layihələrin SDLC çərçivəsində analizdən implementasiya və test mərhələsinə qədər bütün əsas mərhələlərində iştirak;
Test və UAT mərhələlərində biznes tələblərinə uyğunluğun yoxlanılmasına dəstək göstərilməsi;
Şirkətin fəaliyyət istiqamətlərinə uyğun analitik araşdırmaların aparılması və proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması.
Namizədə tələblər
Ödəniş sistemləri, bank əməliyyatları və ya FinTech sahəsində minimum 3 il iş təcrübəsi;
İT biznes analitik sahəsində tələblərin toplanılması, təhlili və sənədləşdirilməsi üzrə praktiki təcrübə;
UML və BPMN üzrə bilik və praktiki iş təcrübəsi;
REST API və SOAP ilə işləmə prinsipləri üzrə bilik və təcrübə;
Swagger və Postman ilə işləmə bacarığı;
API-lərə sorğuların göndərilməsi, request/response strukturlarının analizi və JSON/XML data formatları ilə işləmə bacarığı;
HTTP metodları, status code-lar, authentication və inteqrasiya prinsipləri haqqında baza bilikləri;
Jira və digər task management alətləri ilə işləmə təcrübəsi;
Biznes və texniki tələblər arasında əlaqəni düzgün qurmaq bacarığı;
Məntiqi, analitik və sistemli düşünmə qabiliyyəti;
Güclü kommunikasiya, tələblərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi, görüşlərin fasilitasiyası və komanda ilə işləmə bacarığı.
Problemləri strukturlaşdırmaq, alternativ həlləri müqayisə etmək və nəticələri aydın şəkildə təqdim etmək bacarığı;
Tələb Olunan Bacarıqlar
Tələblərin toplanılması
təhlili və sənədləşdirilməsi
API və sistem inteqrasiyaları
Proseslərin modelləşdirilməsi
Analitik düşüncə
problem həlli və kommunikasiya bacarıqları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 30.10.2026
Listing source
Open the original listing© Mpay MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
Similar listings







Lifeguard







