Prayk
Baytar həkim (Kürdəmir) — Vakansiyalar
Negotiable

Baytar həkim (Kürdəmir)

VerifiedToday
Category
Vacancies
Date
Number
№3659367

Description

Vəzifəyə tələblər: Aidiyyati sahə üzrə ali təhsil; Minimum 3 il iş təcrübəsi; Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı. Vəzifə öhdəlikləri: Heyvanların vaksinasiyasını sistemli və müəyyən edilmiş qrafikə uyğun həyata keçirmək; Heyvanların sağlamlıq vəziyyətini gündəlik olaraq yoxlamaq və nəzarətdə saxlamaq; Xəstə heyvanların baxımını və müalicəsini həyata keçirmək; Heyvanların xəstəliklərdən qorunması məqsədilə qabaqlayıcı tədbirlər görmək; Xəstəliklərin yaranma səbəblərini araşdırmaq və müvafiq tədbirlər həyata keçirmək; Xəstəliklərin, aparılan müalicələrin və vaksinasiyaların uçotunu və qeydiyyatını düzgün aparmaq; Xəstəliyin səbəbinin yemləmə ilə əlaqəli olduğu müəyyən edildikdə, zootexniklə məsləhətləşərək heyvanlar üçün yeni rasionların hazırlanmasını təmin etmək; Xəstə heyvanların karantin rejiminə və müvafiq baytarlıq tələblərinə riayət olunmasına nəzarət etmək; Heyvanların doğuş proseslərini həyata keçirmək, doğuşdan əvvəl və doğuşdan sonra müvafiq baytarlıq xidmətlərini və müalicə tədbirlərini icra etmək. İş vaxtının norması: 6 günlük iş rejimi. İstirahət günü: Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə. Nahar şirkət tərəfindən təmin edilir. İş Yeri: Kürdəmir rayonu. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Baytar həkim (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur. Son müraciət tarixi: 02.11.2026

© Azersun Holding jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings

View all