Qadınlar üçün çimərlik çantası və şlyapa dəsti yay mövsümündə rahat, praktik və zərif istifadə üçün nəzərdə tutulub. Dəstə çiyinə taxılan geniş yay çantası və geniş kənarlı çimərlik şlyapası daxildir. Çanta zamoklu bağlanma tipinə malikdir. İç hissəsi astarlıdır və əlavə kiçik cib bölməsi var. Cibin ayrıca bağlanması yoxdur, telefon, açar, kartlıq və digər kiçik əşyaları yerləşdirmək üçün istifadə oluna bilər. Çantanın 30 sm uzunluğunda çiyin qulpu var və çiyinə taxılaraq rahat daşınır. Geniş iç hissəsi sayəsində çimərlik, hovuz kənarı, piknik, gəzinti və gündəlik yay istifadəsi üçün uyğundur. Çantanın eni 32 sm, hündürlüyü isə 30 sm-dir. Geniş kənarlı şlyapa yay görünüşünü tamamlayır və günəşli havalarda istifadə üçün əlverişlidir. Şlyapanın iç baş diametri 20 sm, ümumi diametri isə 40 sm-dir. Dəst çimərlik kombini, piknik stili, hovuz kənarı görünüşü, resort və vacation stil üçün uyğun seçimdir. Dəstdəki dekorativ qırmızı detalı modelə görə fərqlənir. Çantanın qulpuna bağlanan qırmızı lent lent əl ilə açılıb-bağlana bilir və sabit deyil. İstəyə görə bantik formasında və ya daha sadə formada bağlamaq mümkündür. Şlyapadakı lent isə bantik formasında bağlanaraq şlyapaya sabitlənmişdir.
© birmarket.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.