"İngilis ədəbiyyatı müəllimi Leda illərini işinə və iki qızına həsr etmiş, orta yaşlarında bir qadındır. Qızları böyüyüb Kanadada yaşayan atalarının yanına köçəndə Leda ilk dəfə uzun illərdən sonra heç kim və heç nə üçün cavabdeh olmadığının fərqinə varır, gözlənilməz olduğu qədər yeni də olan bu hisslər onu ağuşuna alır: yüngüllük və azadlıq. Bundan güc alaraq İtaliyanın cənubunda, dəniz kənarında uzun bir yay tətili keçirməyə qərar verir. Günlərini günəşlənməklə, üzməklə, kitab oxumaqla və yarımçıq işlərini tamamlamaqla keçirmək istəyir. Ancaq sakit başlayan bu tətil getdikcə izaholunmaz bir narahatlığın kölgəsində qalır… Sahildə qarşılaşdığı bir ailə – Nina və balaca qızı Elena təsadüfən Ledanın həyatına daxil olur və onun qurduğu sakit nizamı alt-üst edir. Gənc ana ilə qızı arasındakı münasibət Ledanın yaddaşında illərdir ki, susdurduğu xatirələri oyadır. Elena Ferrante analığın toxunulmazlıq mifini dağıdır və bizi etiraf etməyə cəsarət etmədiyimiz hisslərlə üz-üzə qoyur. Analıq haqqında bizə öyrədilən bütün gözəl hekayələrin arxasında hansı hisslər gizlənir? Bir qadın ana olmamışdan əvvəl kim idi və ana olduqdan sonra özündən nə qədər uzaqlaşa bilər? ""Ferrantenin əsərləri sanki indiyədək heç kimin demədiyi bir şeyi söyləyir – bunun nə olduğunu dəqiq ifadə etmək asan deyil, lakin o bunu elə cəlbedici və valehedici şəkildə edir ki, zaman və məkan sanki yoxa çıxır, gündəlik məşğuliyyətlər bir kənara itələnir və bəzən yuxu da ərşə çəkilir"". – Joanna Biggs, The London Review of Books"
Müəllif: ELENA FERRANTE
Nəşriyyat: Nebula
Dil: AZE
Cild: Yumşaq
© libraff.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.