Prayk

Kredit mütəxəssisi – Biləsuvar, Kürdəmir filialı

Negotiable
VerifiedToday
Category
Finance
Date
Number
№3509989

Description

Kredit mütəxəssisi – Biləsuvar, Kürdəmir filialına təcrübəli əməkdaşlar axtarırıq. Namizədə tələblər: Bank və ya BOKT sektorunda kredit mütəxəssisi kimi minimum 6 ay iş təcrübəsi; Kredit məhsulları və kreditləşmə prosesləri üzrə bilik; Kredit müraciətlərinin qəbul edilməsi, təhlili və rəsmiləşdirilməsi üzrə təcrübə; Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı; Yeni müştərilərin cəlb edilməsi və müştəri bazasının formalaşdırılması bacarığı; Kredit portfelinin idarə edilməsi və ödənişlərə nəzarət; MS Office proqramlarından istifadə bacarığı; Əsas vəzifə öhdəlikləri: Müştərilərin cəlb edilməsi və kredit məhsulları barədə məlumatlandırılması; Kredit müraciətlərinin qəbul edilməsi və ilkin qiymətləndirilməsi; Müştərinin ödəmə qabiliyyətinin və təqdim etdiyi məlumatların təhlili; Kredit sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi; Kredit portfelinin idarə olunması və monitorinqi; Kredit ödənişlərinin vaxtında həyata keçirilməsinə nəzarət; Filialın satış və kredit portfeli üzrə müəyyən edilmiş hədəflərinin yerinə yetirilməsində iştirak. Əlavə üstünlük: Müvafiq ərazi üzrə yaşamaq və ərazini yaxşı tanımaq; Həmin ərazidə müştəri bazasının olması; Ehtiyac yarandıqda ərazi üzrə marketinq və müştəri cəlbetmə fəaliyyətlərində iştirak edə bilmək. İş şəraiti İş yeri: Biləsuvar İş qrafiki: 6 günlük Əmək haqqı: Müsahibə əsasında + bonus/motivasiya sistemi Uyğun namizədlər CV-lərini Filialın adı qeyd edilməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət: https://busy.az/vacancy/195856/kredit-mutexessisi-bilesuvar-kurdemir-filiali

Similar listings