Mərdəkanda Möhtəşəm Bağ Evi Satılır ! Mərdəkan qəsəbəsində, Köhnə Qalanın arxasında yerləşən 18 sot torpaq sahəsində inşa edilmiş, 2 mərtəbəli, 5 otaqlı geniş bağ evi satışa təqdim olunur. Ev geniş və rahat planlaşdırılıb, həm daimi yaşayış, həm də istirahət üçün ideal seçimdir. Həyəti xüsusi zövqlə salınıb. Ərazidə müxtəlif meyvə ağacları, hündür şam ağacları, palma ağacları və geniş yaşıllıq sahəsi mövcuddur. Həyətdə yay mətbəxi, manqal zonası və ağacların kölgəsində yerləşən rahat besetka istirahətiniz üçün gözəl şərait yaradır. Dekorativ fəvvarə isə həyətə xüsusi gözəllik və zövq qatır. Ərazi tam yaşayışlıdır, qaz, su və işıq daimidir. Sakit və prestijli məkanda yerləşən bu bağ evi təbiət qoynunda rahat həyat arzulayanlar üçün əla fürsətdir.
© ofis.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.