Mərdəkan–Şağan qəsəbəsində yeni tikili bağ evi satılır . Şəxsi yaşayış üçün inşa edilmiş bu ev yüksək keyfiyyətli materiallarla tikilib və zövqlə təmir olunub. Tikinti başa çatdıqdan sonra evdə yaşayış olmayıb. Satış səbəbi yalnız yaşayış planlarının dəyişməsidir. Evin ümumi sahəsi 230 m², torpaq sahəsi isə 6.5 sotdur. Bağ evi 5 otaqdan ibarətdir. Evdə 4 yataq otağı (onlardan biri öz sanitar qovşağı olan master yataq otağıdır), geniş qonaq otağı, ayrıca mətbəx, 2 sanitar qovşaq, saxlama otağı və böyük örtülü terras mövcuddur. Yüksək tavan, geniş və işıqlı otaqlar, böyük vitraj pəncərələr evə xüsusi gözəllik və rahatlıq qatır. Mətbəx mebeli quraşdırılıb. İstilik sistemi kombi və radiatorlarla təchiz olunub. Qaz, su, işıq və internet daimidir. Torpağın və evin kupçası, həmçinin texniki pasport tam qaydasındadır. Damda 1 tonluq su çəni, böyük həcmli şambo, avtomatik darvaza və Hikvision təhlükəsizlik kameraları quraşdırılıb. Həyətdə əlavə təsərrüfat otağı və sanitar qovşaq da mövcuddur. Geniş həyətdə hovuz, besedka və istirahət zonası yaratmaq üçün kifayət qədər yer var. Ərazi sakit və prestijlidir, qonşular daimi yaşayışlıdır və əsas yola rahat çıxışı var. Bu ev satış məqsədilə tikilməyib, ailə üçün inşa olunub və hər detalında keyfiyyətə üstünlük verilib.
© ofis.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.