
Satış üzrə menecer

Negotiable
Satış üzrə menecer
VerifiedYesterday
Date
Number№3659454
Description
“Automobiles Group” şirkətinin tərkibində olan, Premium avtomobil seqmentində Rəsmi Diler kimi təmsil olunan avtosalona “Satış üzrə menecer” vəzifəsinə peşəkar namizəd dəvət olunur.
Əsas vəzifə və öhdəliklər:
Avtosalona gələn müştəriləri peşəkar şəkildə qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyən etmək və ehtiyaclarına uyğun avtomobil və xidmətlər üzrə təkliflər təqdim etmək;
Satışı həyata keçirilən b rendlər və avtomobil modelləri haqqında müştərilərə ətraflı məlumat vermək, o cümlədən modelin mövcudluğu, texniki xüsusiyyətləri, üstünlükləri, komplektasiyası, zəmanət şərtləri və servis imkanları barədə məlumatlandırmaq;
Müştərilər üçün test sürüşlərinin təşkilini və prosesin koordinasiyasını həyata keçirmək;
Mövcud kampaniyalar, xüsusi təkliflər və endirimlər barədə müştəriləri məlumatlandırmaq;
Müştərilərə kredit və digər maliyyələşdirmə həlləri barədə ilkin məlumat vermək, tələb olunan sənədlər və müraciət prosesi ilə bağlı düzgün istiqamətləndirmək;
ERP sisteminə satışlar və digər aidiyyəti məlumatları müəyyən edilmiş qaydada və mütəmadi olaraq daxil etmək, məlumatların düzgünlüyünü təmin etmək və satış prosesini sistem üzərindən izləmək.
Müştərilərin suallarını operativ və peşəkar şəkildə cavablandırmaq;
Satılmış avtomobilin müştəriyə təhvil verilməsi zamanı avtomobilin təmizliyini, komplektliyini və təqdimata hazır vəziyyətdə olmasını yoxlamaq və avtomobili müştəriyə təhvil vermək;
Avtosalonda nümayiş etdirilən avtomobillərin təqdimat vəziyyətinə, o cümlədən səliqəsinə, məlumat materiallarına, qiymət etiketlərinə və digər təqdimat elementlərinə nəzarət etmək;
Avtomobil bazarını və bazar tendensiyalarını təhlil etmək, rəqiblərin fəaliyyətini və təkliflərini izləmək;
Müştəri məlumatlarının CRM sistemində düzgün və vaxtında qeydiyyatını aparmaq və satış üzrə müvafiq hesabatları hazırlamaq;
Trade-in prosesində iştirak etmək, müştərinin avtomobilinin ilkin qiymətləndirilməsini həyata keçirmək və dəyişdirmə prosesinin rəsmiləşdirilməsinə dəstək olmaq;
Şirkətdə tətbiq olunan əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə riayət etmək;
Şirkətin daxili siyasət, prosedur və qaydalarına, habelə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etmək;
Şirkətə aid məxfi məlumatların qorunmasını təmin etmək, istifadəçi adları, şifrələr və parolların məxfiliyini qorumaq.
Namizədə tələblər:
Ali təhsil;
Azərbaycan dilində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı; rus və ingilis dili biliyi arzuolunandır;
Avtomobil satışı sahəsində minimum 2-3 il peşəkar iş təcrübəsi;
Satış proseslərinin qurulması və effektiv idarə olunması bacarığı;
MS Office proqramları və 1C ilə işləmə bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Müştəriyönümlü yanaşma, yüksək məsuliyyətlilik və punktuallıq;
Avtomobilin əsas texniki xüsusiyyətləri və cihazları haqqında ümumi məlumatlılıq;
Komandada işləmək və yüksək müştəri xidməti standartlarına riayət etmək bacarığı.
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Satış üzrə nenecer" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 02.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/azerbaijan-automobiles-satis-uzre-menecer-152901
Similar listings















