

Süd bədən üçün Likato Acne Control 250 ml
Description
Qara nöqtələrə, akne, postakne və sızanaqlara qarşı vasitə problemli, həssas və qıcıqlanmış dəri üçün uyğundur. Çəkisiz və zərif teksturası tez hopur, məsamələri tıxamır. Bədən üçün losyon hər kəs üçün, hətta yeniyetmələr üçün də uyğundur. Salisil turşusu və B3 vitamini piy vəzilərinin fəaliyyətini normallaşdırır, bel nahiyəsindəki sızanaqları və səpgiləri aradan qaldırmağa kömək edir. AHA turşuları dərini təmizləyir, məsamələrin daralmasına kömək edir, ölü hüceyrələri soyur və dərinin yenilənməsini təşviq edir. Kakao və kokos yağları dərini nəmləndirir və onun möhkəmliyini artırır.
Bədən üçün süd yalnız problemləri aradan qaldırmaqla kifayətlənmir, eyni zamanda dərini dərin qidalandırır və intensiv qulluq təmin edir. Karbamid (mochevina) dərini nəmləndirir, yumşaq şəkildə soyur, regenerasiya və yenilənmə prosesini sürətləndirərək dəriyə möhkəmlik və sağlam görünüş bəxş edir. Bitki ekstraktlarının kombinasiyası bədən dərisinə qulluğu tamamlayır, iltihabları sakitləşdirir, qabıqlanmanı aradan qaldırır və dəriyə inanılmaz yumşaqlıq və ipək kimi hamar tekstura qazandırır. Çobanyastığı, melissa, kəklikotu, çöl atquyruğu və civanperçemi ekstraktları iltihabəleyhinə təsir göstərir, qıcıqlanmanı azaldır və hüceyrələrin yenilənməsini yaxşılaşdırır.
Həcm: 250 ml.
Listing source
Open the original listing© birmarket.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
Similar listings
View all














